Icma.az
close
up
RU
Gürcüstanda keçmiş vəzifəli şəxslərin evlərindən külli miqdarda nağd pul götürülüb

Gürcüstanda keçmiş vəzifəli şəxslərin evlərindən külli miqdarda nağd pul götürülüb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Gürcüstanda daha bir yüksək vəzifəli şəxsin evindən külli miqdarda nağd pul götürülüb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sabiq rəisi Qriqol Liluaşvili ilə əlaqəsi olan "Gürcüstan Dəmir Yolu" SC-nin keçmiş yüksək vəzifəli məmuru Koba Xundadze saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Koba Xundadzenin yaşadığı evdə aparılan axtarış zamanı 94 zərfdə çeşidlənmiş müxtəlif məbləğlərdə ümumilikdə 1 milyon 319 min 300 ABŞ dolları məbləğində pul aşkarlanıb.

Həmçinin sabiq baş prokuror Otar Partsxaladze ilə əlaqəli şəxs Mixeil Çoxeli və onun ailə üzvünə məxsus bank seyflərində aparılan istintaq hərəkətləri nəticəsində 2 milyon 904 min 900 ABŞ dolları götürülüb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs xüsusilə böyük məbləğdə qanunsuz mənşəli aktivləri "qanuni gəlir" kimi göstərmək məqsədilə çoxmərhələli cinayət sxemi hazırlayıb. Bu sxem çərçivəsində o, izahı olmayan maliyyə vəsaitləri ilə Tbilisidə torpaq sahələri alıb, şəxsi şirkətinə və onun vasitəsilə yaradılmış birliklərin nizamnamə kapitalına sərmayə qoyub. Guya qanuni gəlirdən əldə olunmuş kimi göstərilən 30 ədəd daşınmaz əmlakın təqsirləndirilən şəxsə və onun şirkətinə məxsus olduğu qeydiyyata alınıb, daha 51 ədəd daşınmaz əmlak isə onun yaratdığı tikinti şirkətinin nizamnamə kapitalına daxil edilib. Bundan əlavə, onun evində aparılan axtarış zamanı 1 319 300 ABŞ dolları məbləğində nağd pul aşkar edilib.

Qeyd edək ki, oktyabrın 18-də sabiq Baş nazir İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Partsxaladzenin, Romeo Mikuatsadzenin, Mixeil Çoxelinin, Vano və Tornikə Parkaulilərin, Sandro Liluaşvilinin evlərində aparılan axtarış zamanı 7 milyon 2 min 200 dollar, 136 min lar və qiymətli əşyalar müsadirə edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri