Gürcüstanda müəyyən şəxslərin partiya yaratması qadağan edilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın Konstitusiya məhkəməsinə müəyyən şəxslərin partiya yaratmasını qadağan etmək hüququ verilib.
APA-nın yerli bürosu xəbər verir ki, ölkə parlamenti bununla bağlı “Gürcüstanın Konstitusiya məhkəməsi” haqqında qanununa düzəlişləri üçüncü oxunuşda 81 səslə qəbul edib.
Düzəlişlərə əsasən, Gürcüstan Konstitusiyasının prinsiplərini pozan partiyanın üzvü olan şəxslər bundan sonra parlament və yerli seçkilərdə iştirak edə bilməyəcəklər. Onların dövlət vəzifəsi tutması, siyasi partiya yaratması, onun rəhbəri və yaxud üzvü olması da qadağan ediləcək.
Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüskarı olduğu düzəlişlərin məqsədi Gürcüstanda siyasi mühiti yaxşılaşdırmaq və siyasətdə dövlətçiliyə daim təhlükə yaradan radikal ekstremist qrupların mövcudluğunun qarşısını almaqdan ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 Oktyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















