Icma.az
close
up
RU
Gürcüstanda kritik həftə: Zurabişivili hakimiyyətdən gedir?

Gürcüstanda kritik həftə: Zurabişivili hakimiyyətdən gedir?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Gürcüstanda ötən gün mitinqlər davam edib. Tbilisidə keçirilən mitinq zamanı Gürcüstan prezidenti Salome Zurabişviliyə geniş çıxış etməyə imkan verilməyib. O, qısa açıqlamasında hakimiyyətdən 1 həftə ərzində yeni seçkilər təyin etməyi tələb edib.

Qeyd edək ki, bu həftə Gürcüstanın yeni seçilmiş prezidenti and içəcək. 53 yaşlı Mixail Kavelaşvili ötən həftə ölkənin yeni prezidenti seçilib. Ancaq Zurabişvili hakimiyyətdən getməyi planlaşdırmadığını bəyan edib.

Bəs hadisələrin axarı necə olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Salome Zurabişivilinin davranışları ölkə prezidentinin davranışlarına uyğun deyil:

"Gürcüstanda keçirilən parlament seçkilərində və ondan əvvəlki proseslərdə bu aydın şəkildə özünü göstərdi. Təbii ki, o, özünü daha çox başqa ölkənin vassalı kimi hər halda vaxtilə Fransanın təsir agenti kimi aparırdı. Onun bugünkü davranışları isə nə Gürcüstan konstitusiyasına, nə də ümumilikdə dünyada qəbul olunmuş normalara uyğundur. Artıq yeni Prezident seçilib. O, dekabrın 29-dan etibarən fəaliyyətə başlamalıdır. Amma bəlli olduğu kimi, Zurabişivili öz postunu tərk etməyəcəyini bildirib. Prinsip etibarilə bu, artıq Gürcüstanda səngiməkdə olan etirazların yenidən dalğalanmasına cəhddir. Lakin bu, konstitusiyaya zidd davranışdır. Gürcüstan hökuməti də bunu artıq açıq şəkildə büruzə verib, bu barədə öz mövqeyini bildirib. Çünki Zurabişivilinin öz postunu tərk etməməsi hakimiyyəti qəsb etmək kimi qəbul edilə bilər. Bunun üçün də Gürcüstan konstitusiyasında sərt cəza mexanizmi nəzərdə tutulub. Təbii ki, müəyyən xüsusiyyətləri nəzərə alaraq, Gürcstan hakimiyyəti belə bir addım atmaq niyyətində olmadığını deyib. Lakin çıxılmaz vəziyyət yaranarsa, konstitusyon normaların tətbiqi istiqamətində ciddi addımlar atılacaq".

Deputat vurğulayıb ki, Salome Zurabişivili proseslərdə etirazçı qüvvələrin keşiyində dayanmasaydı, onun varlığından-yoxluğundan heç kim  xəbərdar olmayacaqdı:

"Daha doğrusu, Qərbdən idarə olunan radikal qrupların keşiyində dayanmasaydı, Zurabişivilinin varlığından-yoxluğundan kimsə xəbərdar olmayacaqdı. Gürcüstanda prezidentin səlahiyyətlərinin kifayət qədər aşağı olması, ümumiyyətlə Zurabşivilinin siyasətçi kimi reytinqinin aşağı olması onun Gürcüstanda əhəmiyyətli fiqur kimi qəbul olunmamasına zəmin yaradıb. Zurabişivili daha çox öz ölkəsinin milli maraqlarına zidd gedən adam kimi yadda qaldı. Hətta Zurabişiviliyə qarşı qanunvericilik səviyyəsində hər hansı addımlar atılacaqsa belə, bu, Gürcüstandakı proseslərin daha aktiv məcraya qədəm qoymasına xidmət etməyəcək. Zurabişivili nə birləşdirici fiqur, nə liderlik keyfiyyətləri olan şəxsdir. Ümumiyyətlə, imici də müsbət deyil. Bu aspektdən onun aqressiv davranışları bu adamın,ümumiyyətlə, Gürcüstan dövlətçiliyinə məxsus olmadığını sübuta yetirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri