Icma.az
close
up
RU
Gürcüstanda KRİTİK HƏFTƏ Zurabişvili postuna könüllü şəkildə ƏLVİDA DEYƏCƏK?

Gürcüstanda KRİTİK HƏFTƏ Zurabişvili postuna könüllü şəkildə ƏLVİDA DEYƏCƏK?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda dekabrın 14-də keçirilən Prezident seçkilərindən sonra hazırkı Prezident Salome Zurabişvili hakimiyyəti təhvil verməlidir. Bu prosedur qanuna müvafiq olaraq dekabrın 29-da, yeni Prezidentin andiçmə mərasimindən sonra baş tutmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:
İrakli Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi: “Həyatını barmaqlıq arxasında yoxsa...”


Lakin görünən odur ki, Zurabişvili xoşluqla postunu tərk etmək istəmir. Daha doğrusu, o öz hərəkətlərilə belə görüntü yaradır. Belə ki, Zurabişvili son açıqlamalarında parlament seçkisi kimi Prezident seçkisinin nəticələrini də qeyri-legitim hesab edərək, postunu tərk etməyəcəyini bəyan edib.
Bundan əlavə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq fonunda o, Zurabişvilinin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməyib.
Baş nazir deyib ki, şənbə günü Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, dörd illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə.
Baş nazir vurğulayıb ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.
Bu hadisə də onu göstərir ki, Prezidentlik vəzifəsində son günlərini yaşayan Zurabişvili bu postu tərk etməmək üçün bütün vasitələrə əl atmaq niyyətindədir. Bu isə o deməkdir ki, vəzifəsini xoşluqla tərk etməyərək, o, müəyyən gərginlik yaratmaqda, etiraz aksiyasına çıxanları bir qədər də qızışdırmaqda maraqlıdır.
Görəsən, Zurabişvili dekabrın 29-da öz xoşu ilə vəzifəsilə vidalaşacaq, yoxsa buna məcbur ediləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, Zurabişvili dekabrın 29-dan sonra inzibati qaydada Prezident sarayından çıxarılacaq:
“Burada həlledici məqam Zurabişvilinin qalıb-qalmaması deyil. Həlledici məqam seçkidə qalib gəlməsi idi ki, buna da nail ola bilmədilər. Hökumət əleyhinə Gürcüstanda günlərlə davam edən etiraz mitinqlərindən Zurabişvili və müxalifət hər hansı bir nəticə əldə edə bilmədi. Əsas göstərici də məhz bu idi.
Düşünürəm ki, Salome Zurabişvili dekabrın 29-da Prezident sarayından təcrid olunacaq. Rəsmən, inzibati qaydada çıxarılacaq. Fransa vətəndaşı olduğundan ona qarşı yeri gələr hətta cinayət işi aça, ekstradisiya edə və ölkəyə girişinə qadağa da qoya bilərlər”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri