Icma.az
close
up
RU
“Gürcüstanda prezident sarayına hücum müxalifətdə parçalanma yaradıb“ “Deutsche Welle“

“Gürcüstanda prezident sarayına hücum müxalifətdə parçalanma yaradıb“ “Deutsche Welle“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Müxalifətin parçalanması və zorakı etirazlar ölkəni yeni repressiyalarla üz-üzə qoyur..."

Oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim "Gürcü arzusu" partiyası bütün bələdiyyələrdə qalib gəldiyini elan edib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

"Gürcü arzusu" seçkilərdə qalib gəldiyini elan edib.

Rəsmi məlumata görə, səslərin 75 faizinin hesablanması nəticəsində partiya 81 faiz səs toplayıb. Tbilisinin meri vəzifəsini isə yenidən Kaxa Kaladze qoruyub saxlayıb. Baş nazir İrakli Kobaxidze partiyanın qurucusu Bidzina İvanişviliyə xüsusi təşəkkürünü bildirib.

Seçici fəallığı rekord dərəcədə aşağı olub: cəmi 40 faiz seçici səsvermədə iştirak edib. Xüsusilə Tbilisidə fəallıq 31 faizi keçməyib. Bu göstəricilər müxalifətin legitimlik iddialarını gücləndirsə də, onların seçkiləri boykot etməsi nəticəsində hakim partiyanın rəqibsiz qalması mümkün olub.

Müxalifətin parçalanmış strategiyası

Əsas müxalifət qüvvələrinin bir hissəsi seçkilərdə iştirakdan imtina edərək hakimiyyəti qeyri-legitim sayıb. Yalnız bəzi partiyalar - "Lelo - güclü Gürcüstan" və "Qaxariya Gürcüstan naminə" seçkilərə qatılmağı zəruri hesab edib. Lakin ümumi mənzərə müxalifətin parçalanmasını və gücsüzlüyünü üzə çıxarıb. Seçkiləri izləmək üçün nə ATƏT, nə də yerli QHT-lər iştirak etməyib. Xarici jurnalistlərin ölkəyə buraxılmaması da prosesin şəffaflığına dair sualları artırıb.

Etirazların kəskin dönüşü

Boykot çağırışlarını müşayiət edən müxalifət mitinqləri axşam saatlarında gərginləşib. Tbilisinin Azadlıq meydanına toplaşan on minlərlə insan arasında prezident sarayının ələ keçirilməsi çağırışları səslənib. Müxalif liderlərdən Murtaz Zodelava və başqaları xalqı dövlət institutlarını ələ keçirməyə dəvət edib.

Bir qrup etirazçı Orbeliani sarayına yürüş edib, digərləri isə mitinqi tərk etməyə başlayıb. Polis gözyaşardıcı qaz və su şırnaqları tətbiq edərək hücum cəhdini dağıdıb. Toqquşmalar nəticəsində barrikadalar qurulub, küçələrdə yanğınlar törədilib. Səhiyyə Nazirliyi 6 nümayişçinin və 21 polisin xəsarət aldığını bildirib.

Hakimiyyətin reaksiyası və yeni həbslər

Baş nazir Kobaxidze baş verənləri "dövlət çevrilişi cəhdi" adlandırıb və sərt həbslərin anonsunu verib. Daxili İşlər Nazirliyi etiraz təşkilatçılarına qarşı cinayət işləri açıb. Gecə saatlarında onların hamısı saxlanılıb, onlara 9 ilə qədər həbs cəzası verilə bilər. Hökumət bəyan edib ki, şiddət çağırışlarının arxasında xarici xüsusi xidmət orqanlarının əli var. Rəsmi şəxslər hətta Avropa İttifaqının Tbilisidəki nümayəndəsini də qarşıdurmaya dəstək verməkdə günahlandırıb.

Müxalifət daxilində böhran və parçalanma

Hadisələr müxalifətin daxilində də fikir ayrılığı yaradıb. Eks-prezident Salome Zurabişvili zorakı üsullardan imtina etməyə çağırıb. Bir sıra partiya liderləri hücumu məsuliyyətsiz addım kimi qiymətləndirib, çünki bu, 300 gündən artıq davam edən sülh mitinqlərinin legitimliyinə zərbə vurub. Sosial şəbəkələrdə də geniş müzakirə edilən hadisələrdən sonra müxalifətin nüfuzunun daha da zəifləyəcəyi və etiraz hərəkatının marginallaşacağı gözlənilir. Hökumətin isə sərt repressiyalar yolunu seçəcəyi ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri