Icma.az
close
up
RU
GÜRCÜSTANDA PREZİDENTPARLAMENT QARŞIDURMASI “Gürcü Arzusu” yeni prezident seçməyə tələsir, Zurabişvili isə...

GÜRCÜSTANDA PREZİDENTPARLAMENT QARŞIDURMASI “Gürcü Arzusu” yeni prezident seçməyə tələsir, Zurabişvili isə...

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda parlament seçkisi çoxdan başa çatsa da, ölkədə siyasi gərginlik qalmaqda, hətta artmaqdadır. Buna baxmayaraq, ötən gün Gürcüstan parlamenti seçkilərdən sonra ilk iclasını keçirib. İclasda yalnız “Gürcü Arzusu”ndan olan deputatlar iştirak edib.

Yeni parlamentin ilk iclasında iştirak edən 88 deputat bütün parlamentin səlahiyyətlərinin tanınmasına və “Gürcü arzusu” fraksiyasının yaradılmasına səs verib. Fraksiyaya əvvəlki çağırışda olduğu kimi Mamuka Mdinaradze rəhbərlik edir. Parlament həmçinin əvvəllər bu vəzifəni tutmuş Şalva Papuaşvilini sədr seçib, eyni zamanda hökumətin yeni tərkibini təsdiqləyib.

Hakim partiyanın ilk addımlarından biri də respublikanın yeni prezidentinin seçilməsini sürətləndirmək qərarı olub.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, “Gürcü Arzusu” parlamentdə çoxluğa malik olsa da, parlamentə daxil olan dörd müxalifət hərəkatı seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia etdiyi üçün onun işində iştirakdan imtina edib və oktyabrın 28-dən müxalifət Tbilisidə etiraz aksiyaları keçirir.

Bütn bunlarla yanaşı, Gürcüstanın yeni parlamentinin ilk iclasının keçirilməsi ölkə konstitusiyası ilə də ziddiyyət təşkil edir. Belə ki, Gürcüstan Konstitusiyasının 38-ci maddəsinə əsasən, parlamentin ilk iclası Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini dərc etdikdən sonra on gündən gec olmayaraq keçirilir. İclas yalnız Respublika Prezidenti tərəfindən təyin edilir və seçilmiş deputatların əksəriyyəti iştirak etdikdə başlaya bilər. Parlament “parlament üzvlərinin üçdə ikisinin səlahiyyətlərinin tanındığı andan” tam səlahiyyətləri əldə edir. Ancaq göründüyü kimi, bu tələblərin çoxu pozulub.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə “X” sosial şəbəkəsində yeni parlamentin iclasını üç səbəbə görə konstitusiyaya zidd adlandırıb: onun legitimliyi “kütləvi saxtalaşdırmalarla pozulub”; dövlət başçısı birinci sessiyanı çağırmaqdan imtina edib və Konstitusiya onun yerinə başqa heç kimə bunu etmək səlahiyyətini vermir; Prezidentin parlament seçkilərinin legitimliyi ilə bağlı Konstitusiya Məhkəməsinə verdiyi iddiası hələ baxılmaqdadır.

Ancaq “Gürcü Arzusu” ali qanunun açıq tələblərinə məhəl qoymadan parlamenti “işlətməkdədir”. Bununla yanaşı, ilk iclasa xarici səfirləri dəvət etməmək qərarına gəlinib ki, bu da müasir Gürcüstan üçün görünməmiş hadisədir. Çünki qanunvericilərin ilk iclaslarında adətən tərəfdaş ölkələrin nümayəndələri həmişə iştirak edirdi. Spiker Papuaşvili bu qərarını “xaricilərin qeyri-münasib təsirini” minimuma endirmək istəyi ilə izah edib.

Prezident seçkisinə gəlincə, iki həftə əvvəl Baş nazir İrakli Kobaxidze bildirib ki, bu prosedur 2025-ci ilin yanvar ayının əvvəlində baş tutacaq. Lakin parlament sədri Şalva Papuaşvili noyabrın 25-də deyib ki, seçki 2024-cü ilin sonuna qədər baş verə bilər: “Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Həm seçkilərin, həm də inauqurasiyanın bu il baş tutması vacibdir”. Bu gün məlum olub ki, yeni prezident seçkisi dekabrın 14-də, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq. Göründüyü kimi, hakim “Gürcü Arzusu” tələsir və prezident seçilməsi prosedurunui mümkün qədər tez yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, Gürcüstan Prezidenti ilk dəfə olaraq birbaşa deyil, müxtəlif səviyyəli deputatlardan və regional icra hakimiyyətinin nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Gürcüstan Prezidentinin heç bir ciddi səlahiyyətləri olmasa da, son hadisələrdə olduğu kimi, siyasi proseslərə təsir etmək imkanı var. Hələ 2017-ci ildə Gürcüstan qarışıq sistemdən imtina edərək parlamentli respublikaya çevrildi. Sonuncu birbaşa prezident seçkiləri burada 2018-ci ildə keçirilib. “Gürcü Arzusu”nun həmin vaxt dəstəklədiyi Salome Zurabişvili seçkidə qalib gəldi. O vaxtdan bəri o, dəfələrlə hakim partiyanı tənqid edərək, onun “düşmən və düşüncəsiz siyasət” apardığını bildirib. Nəticədə qarşıdurma dərinləşdi və hətta 2023-cü ildə Prezident hökumətin icazəsi olmadan xarici səfərlər etdiyi üçün hakim partiya ona qarşı parlamentdə impiçment proseduruna başladı. Lakin Zurabişvilini istefaya göndərmək üçün kifayət qədər səs toplaya bilmədi.

Bəs indi yeni prezident təyin etmək istəyən hakim partiya niyə tələsir?

Gürcüstanlı politoloq Arçil Sixarulidze hesab edir ki, “Gürcü arzusu” 2024-cü ildə bütün seçki problemlərini həll etmək istəyir. Məhz bunun üçün də yeni prezidentin seçilməsini sürətləndirmək qərarına gəlib: "Hesab edirəm ki, bu, qanunvericilik baxımından, siyasi mübarizə deyil, seçki prosesini tez başa çatdırmaq cəhdidir".

Göründüyü kimi, Gürcüstanda heç də hər şey hakim partiyanın istədiyi kimi deyil və onun qarşısında ciddi hüquqi və siyasi maneələr var. Bu da təsadüfi deyil və son seçkinin də göstərdiyi kimi, hakim qüvvə heç də əhalinin bütün kəsimləri tərəfindən dəstəklənmir. Müxalif siyasi qüvvələrin isə hakimiyyətə qarşı iradlarının ciddi əsasları mövcuddur. Belə olmasaydı, ən azından respublikanın son hər iki prezidenti - Georgiy Marqvelaşvili (2013-2018) ) və Salome Zurabişvili (2018-ci ildən indiyədək) “Gürcü Arzusu"nun dəstəyi ilə hakimiyyətə gəlsələr də, ona qarşı açıq müxalifətə keçməzdilər...

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri