Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

GÜRCÜSTANDA PREZİDENTPARLAMENT QARŞIDURMASI “Gürcü Arzusu” yeni prezident seçməyə tələsir, Zurabişvili isə... AzPolitika onlayn siyasiictimai qəzet

GÜRCÜSTANDA PREZİDENTPARLAMENT QARŞIDURMASI “Gürcü Arzusu” yeni prezident seçməyə tələsir, Zurabişvili isə... AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanda parlament seçkisi çoxdan başa çatsa da, ölkədə siyasi gərginlik qalmaqda, hətta artmaqdadır. Buna baxmayaraq, ötən gün Gürcüstan parlamenti seçkilərdən sonra ilk iclasını keçirib. İclasda yalnız “Gürcü Arzusu”ndan olan deputatlar iştirak edib.

Yeni parlamentin ilk iclasında iştirak edən 88 deputat bütün parlamentin səlahiyyətlərinin tanınmasına və “Gürcü arzusu” fraksiyasının yaradılmasına səs verib. Fraksiyaya əvvəlki çağırışda olduğu kimi Mamuka Mdinaradze rəhbərlik edir. Parlament həmçinin əvvəllər bu vəzifəni tutmuş Şalva Papuaşvilini sədr seçib, eyni zamanda hökumətin yeni tərkibini təsdiqləyib.

Hakim partiyanın ilk addımlarından biri də respublikanın yeni prezidentinin seçilməsini sürətləndirmək qərarı olub.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, “Gürcü Arzusu” parlamentdə çoxluğa malik olsa da, parlamentə daxil olan dörd müxalifət hərəkatı seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia etdiyi üçün onun işində iştirakdan imtina edib və oktyabrın 28-dən müxalifət Tbilisidə etiraz aksiyaları keçirir.

Bütn bunlarla yanaşı, Gürcüstanın yeni parlamentinin ilk iclasının keçirilməsi ölkə konstitusiyası ilə də ziddiyyət təşkil edir. Belə ki, Gürcüstan Konstitusiyasının 38-ci maddəsinə əsasən, parlamentin ilk iclası Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini dərc etdikdən sonra on gündən gec olmayaraq keçirilir. İclas yalnız Respublika Prezidenti tərəfindən təyin edilir və seçilmiş deputatların əksəriyyəti iştirak etdikdə başlaya bilər. Parlament “parlament üzvlərinin üçdə ikisinin səlahiyyətlərinin tanındığı andan” tam səlahiyyətləri əldə edir. Ancaq göründüyü kimi, bu tələblərin çoxu pozulub.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə “X” sosial şəbəkəsində yeni parlamentin iclasını üç səbəbə görə konstitusiyaya zidd adlandırıb: onun legitimliyi “kütləvi saxtalaşdırmalarla pozulub”; dövlət başçısı birinci sessiyanı çağırmaqdan imtina edib və Konstitusiya onun yerinə başqa heç kimə bunu etmək səlahiyyətini vermir; Prezidentin parlament seçkilərinin legitimliyi ilə bağlı Konstitusiya Məhkəməsinə verdiyi iddiası hələ baxılmaqdadır.

Ancaq “Gürcü Arzusu” ali qanunun açıq tələblərinə məhəl qoymadan parlamenti “işlətməkdədir”. Bununla yanaşı, ilk iclasa xarici səfirləri dəvət etməmək qərarına gəlinib ki, bu da müasir Gürcüstan üçün görünməmiş hadisədir. Çünki qanunvericilərin ilk iclaslarında adətən tərəfdaş ölkələrin nümayəndələri həmişə iştirak edirdi. Spiker Papuaşvili bu qərarını “xaricilərin qeyri-münasib təsirini” minimuma endirmək istəyi ilə izah edib.

Prezident seçkisinə gəlincə, iki həftə əvvəl Baş nazir İrakli Kobaxidze bildirib ki, bu prosedur 2025-ci ilin yanvar ayının əvvəlində baş tutacaq. Lakin parlament sədri Şalva Papuaşvili noyabrın 25-də deyib ki, seçki 2024-cü ilin sonuna qədər baş verə bilər: “Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Həm seçkilərin, həm də inauqurasiyanın bu il baş tutması vacibdir”. Bu gün məlum olub ki, yeni prezident seçkisi dekabrın 14-də, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq. Göründüyü kimi, hakim “Gürcü Arzusu” tələsir və prezident seçilməsi prosedurunui mümkün qədər tez yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, Gürcüstan Prezidenti ilk dəfə olaraq birbaşa deyil, müxtəlif səviyyəli deputatlardan və regional icra hakimiyyətinin nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Gürcüstan Prezidentinin heç bir ciddi səlahiyyətləri olmasa da, son hadisələrdə olduğu kimi, siyasi proseslərə təsir etmək imkanı var. Hələ 2017-ci ildə Gürcüstan qarışıq sistemdən imtina edərək parlamentli respublikaya çevrildi. Sonuncu birbaşa prezident seçkiləri burada 2018-ci ildə keçirilib. “Gürcü Arzusu”nun həmin vaxt dəstəklədiyi Salome Zurabişvili seçkidə qalib gəldi. O vaxtdan bəri o, dəfələrlə hakim partiyanı tənqid edərək, onun “düşmən və düşüncəsiz siyasət” apardığını bildirib. Nəticədə qarşıdurma dərinləşdi və hətta 2023-cü ildə Prezident hökumətin icazəsi olmadan xarici səfərlər etdiyi üçün hakim partiya ona qarşı parlamentdə impiçment proseduruna başladı. Lakin Zurabişvilini istefaya göndərmək üçün kifayət qədər səs toplaya bilmədi.

Bəs indi yeni prezident təyin etmək istəyən hakim partiya niyə tələsir?

Gürcüstanlı politoloq Arçil Sixarulidze hesab edir ki, “Gürcü arzusu” 2024-cü ildə bütün seçki problemlərini həll etmək istəyir. Məhz bunun üçün də yeni prezidentin seçilməsini sürətləndirmək qərarına gəlib: "Hesab edirəm ki, bu, qanunvericilik baxımından, siyasi mübarizə deyil, seçki prosesini tez başa çatdırmaq cəhdidir".

Göründüyü kimi, Gürcüstanda heç də hər şey hakim partiyanın istədiyi kimi deyil və onun qarşısında ciddi hüquqi və siyasi maneələr var. Bu da təsadüfi deyil və son seçkinin də göstərdiyi kimi, hakim qüvvə heç də əhalinin bütün kəsimləri tərəfindən dəstəklənmir. Müxalif siyasi qüvvələrin isə hakimiyyətə qarşı iradlarının ciddi əsasları mövcuddur. Belə olmasaydı, ən azından respublikanın son hər iki prezidenti - Georgiy Marqvelaşvili (2013-2018) ) və Salome Zurabişvili (2018-ci ildən indiyədək) “Gürcü Arzusu"nun dəstəyi ilə hakimiyyətə gəlsələr də, ona qarşı açıq müxalifətə keçməzdilər...

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri