Icma.az
close
up
RU
Gürcüstanda pulsuzdur, Azərbaycanda isə yox Dövlət dilində tam pulsuz təhsil mümkündürmü?

Gürcüstanda pulsuzdur, Azərbaycanda isə yox Dövlət dilində tam pulsuz təhsil mümkündürmü?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Həcm və say olaraq Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır. Belə ki, Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”.

Bu barədə iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı təklif edib ki, Gürcüstanda olduğu kimi Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz olsun:

“Gürcüstanda ən yaxşı göstərici olmasına baxmayaraq, hökumət bu rəqəmdən də razı deyil, ona görə, gələn ildən dövlət ali məktəblərinin hamısında dövlət dilində təhsil tam pulsuz olacaq. Ermənistanda da buna bənzər addımların atılmasına hazırlıq gedir. Azərbaycanda isə məsələn, 2023-cü ildə ümumilikdə 8631 nəfər, əsasən də, təhsil haqqının ödəyə bilmədiyinə görə Universitetlərdən xaric ediliblər. İllər öncə imza topladıq, hökumətə təklif verdik ki, dövlət universitetlərində dövlət dilində ali təhsil pulsuz olsun – dinləmədilər. Nəticə olaraq bu gün Azərbaycan olaraq tək iqtisadi göstəricilərinə görə deyil də, həm təhsil göstəricilərinə görə qonşularımıza uduzuruq və bu məsələlər bir-birinə çox bağlıdır – təhsil səviyyəsi iqtisadi göstəricilərə birbaşa təsir edir”.

Bəs Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz ola bilərmi? 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, bu məsələdə təhsil səviyyəsini qonşu ölkələrlə müqayisə edərkən əhalinin sayı da mütləq nəzərə alınmalıdır:

“Məsələn, istər Gürcüstanı, istərsə də Ermənistanı əhali sayına görə Azərbaycanla müqayisə etmək mümkün deyil. Çünki onların əhalisi Azərbaycanın əhalisindən az qala üçdə biri qədərdir. Yəni, Gürcüstanda təxminən 3 milyon, Ermənistanda da bir o qədər əhali var. Azərbaycanın əhalisi isə 10 milyon 200 min nəfərdən çoxdur.

Təhsil alan tələbələrin sayını müqayisə edəndə də bu amil açıq şəkildə görünür. Azərbaycanda həm bakalavr, həm də magistratura pilləsində təhsil alan tələbələrin sayı 200 min nəfərdən çoxdur. Lakin Gürcüstanda bu rəqəm 88–89 min nəfər civarındadır, Ermənistanda da təxminən eyni göstəricidir. Ona görə də Azərbaycan belə qərarlar qəbul edərkən bu amili də diqqətə alır.

Əlbəttə ki, könül istər ki, ölkə əhalisi ali təhsil müəssisələrində pulsuz təhsil almaq imkanı əldə etsin və bu istiqamətdə də son illər müəyyən işlər görülür. Məsələn, təkcə 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin demək olar ki, 50 faizə yaxını məhz dövlət sifarişi hesabına təhsil qazanıb. Bunun üzərinə sosial həssas qrupa daxil olan, yəni sosial statusu olan şəxsləri də nəzərə alsaq, təxminən 35 min nəfər və daha çox insan demək olar ki, dövlət sifarişi, yəni dövlət büdcəsi hesabına təhsil alır. Bura şəhid ailələri, məcburi köçkünlər, valideyn himayəsindən məhrum olmuş şəxslər və sair kateqoriyalar daxildir.

Yəni  bütün bunları birlikdə nəzərə alsaq, sonuncu tədris ilində bu qədər şəxs pulsuz təhsil almaq hüququ qazanıb təkcə bakalavr pilləsində. Magistratura pilləsində isə təxminən 6–7 min nəfər dövlət sifarişi hesabına təhsil qazanıb. Burada da yenə sosial statusa malik təhsil alanları nəzərə aldıqda, təxminən 8 min nəfərə yaxın şəxs məhz dövlət sifarişi ilə təhsil alır. Həm magistratura, həm də bakalavr pilləsi birlikdə götürüldükdə isə hər il demək olar ki, təxminən 45 min nəfərdən çox şəxs ölkədə pulsuz ali təhsil qazanmış olur”.

Elçin Əfəndi “sırf dövlət dilində olan təhsilin pulsuz olması” məsələsi ilə razılaşdığını deyib:

“Yəni dövlət dilində olan ixtisaslarda təhsil pulsuz olmalıdır. Paralel olaraq digər dillərdə - burada ingilis və rus dili bölmələrində də düşünürəm ki, dövlət sifarişi verilməlidir ki, insanlar pulsuz təhsil ala bilsinlər. Bizdə tədricən bu istiqamətdə də işlər görülür.

Bununla paralel olaraq, insanların sırf maliyyə səbəbindən təhsilini yarımçıq qoymaması üçün bir neçə il əvvəl Prezidentin müvafiq sərəncamı əsasında Təhsil Tələbə Kredit Fondu yaradıldı və bu fond da insanlar üçün təhsillə təmin olunma baxımından müsbət imkanlar yaratdı.
Doğrudur, 2023-cü ildə təxminən 8500 nəfərdən çox şəxs məhz təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunmuşdu. Lakin onların bir hissəsi bərpa olundu və növbəti ildə, yəni 2024-cü ildə bu rəqəm demək olar ki, yarıbayarı azalmışdı. Bu da məhz Kredit Fondunun yaratdığı imkanlar hesabına mümkün oldu. Amma təbii ki, istərdik ki, dövlət maksimum imkanlar yaratsın və vətəndaşlar ali təhsili pulsuz əldə edə bilsinlər”.

Xalidə Gəray
Musavat.com

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri