Icma.az
close
up
RU
Gürcüstanda “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiyalar keçirilib

Gürcüstanda “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiyalar keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Gürcüstanda təhsil alan azərbaycanlı şagird və tələbələr üçün “Azərbaycanda təhsil imkanları” adlı infosessiyalar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyalar Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” MMC-nin birgə təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın Tbilisidəki Baş ofisinin dəstəyi ilə baş tutub.

İnfosessiyaların əsas məqsədi gənclərə Azərbaycanda ali təhsil imkanları barədə ətraflı məlumat vermək, onların ölkəmizdə təhsil almağa marağını artırmaq və mövcud dəstək mexanizmlərini diqqətə çatdırmaq olub.

İlk görüş SOCAR-ın Tbilisidə yerləşən Baş ofisində, növbəti isə Marneulidə “Azərbaycan Evi”ndə keçirilib. Ümumilikdə 100-dən artıq şagird və tələbənin iştirak etdiyi tədbirlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı çıxış edərək, son illərdə ali təhsil sahəsində əldə olunan nailiyyətlər, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləyişi və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində aparılan işlər barədə danışıb.

“Study in Azerbaijan” MMC-nin rəhbəri Zemfira Məmmədova isə “Azərbaycanda ali təhsil imkanları” mövzusunda təqdimatla çıxış edərək, ölkənin ali təhsil sistemində mövcud imkanları iştirakçılara təqdim edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə tədbirin əhəmiyyətindən danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən materiallar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri