Icma.az
close
up
RU
Gürcüstanda sabitlik Qərbi niyə narahat edir?

Gürcüstanda sabitlik Qərbi niyə narahat edir?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Tbilisidə etiraz aksiyalarının başlanmasının 100-cü günü münasibətilə “Sona qədər” adlı genişmiqyaslı mitinq keçirilir. Bu barədə etiraz aksiyasının təşkilatçılarının bəyanatında bildirilib. Sənəddə deyilir: “Biz sona qədər mübarizə aparacağıq və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyik!”. Bəs, müxalifətin etiraz aksiyalarına səbəb nədir?

Bu, Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı”, “Xarici agentlərin qeydiyyata alınması” və “Ailə dəyərləri və azyaşlıları qorumaq”la bağlı qanunların qəbulu ilə bağlıdır. Qanunlar bu ölkənin maraqlarına xidmət edir və qərbyönlü QHT-lərin pozucu fəaliyyətlərinin qarşısını alır.

Xatıladaq ki, Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsi xaricdən maliyyələşdirilir. Ötən müddət ərzində Qərb Gürcüstana nüfuz edərək, QHT-lər, media nümayəndələri və müxtəlif siyasi dairələr vasitəsilə özlərinə dayaq yaradıb. Onlardan öz maraqlarına uyğun şəkildə istifadə edir. Bunun nəticəsidir ki, Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verib, ölkədə narkomaniya yayılıb, milli-mənəvi dəyərlərə zərbə vurulub, cinsi azlıqların hərəkatı geniş vüsət alıb. Qanunların qəbulu da ilk növbədə bu neqativ halların qarşını almağa yönəlib.

Əlbəttə, Brüssel Tbilisiyə təsir vasitəsini itirmək istəmir. Ona görə də, qanunların qəbuluna qarşı sərt bəyanatlarla çıxış edib. Gürcüstan hakimiyyətinin atdığı addımların Avropa dəyərlərinə zidd olduğu və bu səbəbdən ölkənin Aİ-yə qəbul prosesinin dayandırıldığını bildirib. Nəticədə Gürcüstanın Aİ-yə inteqrasiya prosesi dayandırılıb, ölkə üçün nəzərdə tutulmuş maliyyə yardımı dondurulub.

Yada salaq ki, Gürcüstan Aİ-dən ən çox yardım alan ölkələrdən biri idi. Bu yardımın əsas hissəsi “demokratik” və iqtisadi islahatların dəstəklənməsi, infrastrukturun inkişafı, Aİ ilə ticarətin dəstəklənməsi, onun standartlarına yaxınlaşmasına yönəldilib. Ümumiyyətlə, Gürcüstanın avropalaşması kimi məqsədlərə xərclənən vəsaitin məbləği 2,7 milyard avrodan çox olub.

Bundan əlavə, bu ölkənin vətəndaşları Şengen zonasına vizasız səyahət edə bilirdilər. Həmçinin, Gürcüstana Aİ bazarına 450 milyon avroluq sıfır gömrük tarifi ilə məhsul ixrac etmək imkanı verilmişdi. Artıq bunların hamısı keçmişdə qalıb. Üstəlik, Aİ ilə yanaşı, ABŞ da onlarca Gürcüstan vətəndaşına qarşı məhdudiyyətlər və məmurlara sanksiyalar tətbiq edib.

Aİ-yə üzvlüklə bağlı danışıqların yenidən açılması üçün isə qanunların ləğvi tələb olunub. Aydındır ki, rəsmi Tbilisi buna gedə bilməzdi və bu barədə açıqlamada deyilib: “Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə (üzvlük) danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. Həmçinin, 2028-ci ilin sonuna qədər Aİ-nin istənilən büdcə qrantından imtina edirik. Bu quruma inteqrasiyanı mərhəmət kimi qəbul etmək qəti şəkildə qəbuledilməzdir”.

Bundan sonra, Qərbdən “ayrılmaq” istəməyən QHT və müxalifət partiyalarının etiraz aksiyası başladı.

Kollektiv Qərbin məkrli niyyətləri Gürcüstanda keçirilən parlament və prezident seçkilərindən sonra da davam etdi. İqtidardakı “Gürcü arzusu” Partiyasının inamlı qələbəsi müxalifət qüvvələrini və onların havadarlarını razı salmadı. Parlament seçkilərində saxtakarlığa yol verildiyi bildirildi. Bundan sonra, Qərbin dəstəyi ilə etiraz aksiyaları daha radikal xarakter daşımağa başladı. Onlar “Avropa gələcəyinin qaytarılması və yeni seçkilərin keçirilməsini” tələb etdilər.

Hətta Avropa Parlamenti “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi haqqında” qətnamə də qəbul etdi. Qətnaməyə əsasən, Avropa Parlamenti “Gürcü arzusu”nun rəsmi şəxslərini pisləyib. Onları dinc nümayişçilərə, siyasi müxalifətə və media nümayəndələrinə qarşı zorakı repressiyaları dərhal dayandırmağa çağırdı. Bundan başqa, Gürcüstanın rəsmi şəxslərinin fundamental azadlıqları, insan hüquqlarını və beynəlxalq öhdəlikləri pozduğunu, bununla da ölkədə illərdir aparılan demokratik islahatları təhlükəyə atdığı vurğulandı.

Qətnamədə Gürcüstanı “Gürcü arzusu”nun qeyri-legitim rejimi tərəfindən zəbt edilmiş dövlət hesab etdi. Avropa İttifaqına, üzv dövlətlərə, milli parlamentlərə və beynəlxalq qurumlara “Gürcü arzusu”nun birpartiyalı parlamentini və onun təyin etdiyi prezidenti legitim olaraq tanımamaq tövsiyə edildi. Həm də Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanıdı.

Ümumiyyətlə, Qərb Gürcüstanın daxili işlərinə kobudcasına müdaxilə edir, sağlam, milli düşüncəli qüvvələrin hakimiyyətdə olmasına maneçilik törədir. Onu da xatırladaq ki, Brüssel Tbilisini Kiyevlə müharibəyə də təhrik etmək istədi. Bu, niyyəti də alınmadı.

Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov XQ-yə açıqlamasında bildirib ki, iqtidar Qərbin təzyiqi ilə “Xarici təsirin səffaflığı haqqında” Qanundan da imtina etmək istəmir. Hətta, bu, Avropa İttifaqına inteqrasiyanı çətinləşdirsə belə. “Gürcü arzusu”nun apardığı bu siyasət seçicilər tərəfindən dəstək gördü və parlament seçkilərində qələbənin əsas səbəblərindən biri oldu. Gürcüstan Rusiyaya qarşı ikinci cəbhənin açılmasını, Ukraynaya könüllü döyüşçülərin göndərilməsini, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti ölkənin maraqlarını qoruya bildi. Unutmayaq ki, Rusiya hərbçiləri Tbilisidən cəmi 40 kilometr məsafədə yerləşir.

Bundan başqa, iqtidar Qərbin təzyiqi ilə “Xarici təsirin səffaflığı haqqında” Qanundan da imtina etmək istəmir. Bugünlərdə bununla bağlı daha sərt qanun qəbul etdi. Tbilisi özünün balanslaşdırılmış siyasətini davam etdirməkdə qətiyyətlidir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri