Gürcüstanda saxlanılan İbad Hüseynov: Mənimlə düşməncəsinə davrandılar
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Dünən saat 10-dan 17-dək məni Gürcüstanın hava limanında saxladılar. Mənimlə düşməncəsinə davrandılar, su və çay içməyə belə icazə vermədilər. Bu müddət ərzində heç kimə zəng edə, heç kimlə danışa bilmədim. Hətta hərəkət etməyin də qadağan olduğunu dedilər".
BAKU.WS xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında ötən gün Gürcüstanın hava limanında saxlanılan Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov deyib.
Bildirib ki, saxlanılmasının səbəbi barədə ona heç bir məlumat verilməyib:
"Köməkçim Sahib Şirinov onlara bildirdi ki, mən Azərbaycanın Milli Qəhrəmanıyam və saxlanılmağımın səbəbi göstərilməlidir. Lakin heç bir səbəb açıqlamırdılar. Deyirdilər ki, Gürcüstana daxil olmağım mənim üçün təhlükəlidir. Onlardan soruşdum ki, hansı təhlükədən söhbət gedir? Cavab vermədilər. Saatlarla məni orada saxladıqdan sonra gəlib dedilər ki, Azərbaycana reys var, təyyarəyə min və geri qayıt. Gürcüstana keçmə, təhlükə var. Yenə soruşdum ki, təhlükə dedikdə nəyi nəzərdə tutursunuz? Susdular".
İbad Hüseynovun sözlərinə görə, bundan sonra Azərbaycanın Gürcüstandakı səfirliyindən kömək istəyib. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin göstərişi ilə konsul Röyal Paşayev hava limanına göndərilib.
Milli Qəhrəman bildirib ki, görülən tədbirlər nəticəsində Gürcüstana giriş məsələsi həllini tapıb:
"Hazırda səfirliyimizin qoruması altındayam. Azərbaycana qayıdan kimi Gürcüstanda məni saxlayanları məhkəməyə verəcəyəm. Sabah axşamüstü Azərbaycana qayıdacağam".
İbad Hüseynov Gürcüstana dəvət əsasında tədbirdə iştirak etmək üçün getdiyini də qeyd edib. Onun sözlərinə görə, "Vətənpərvərlik nümunəsi İbad Hüseynov - Azərbaycan-Gürcüstan dostluğu" adlı tədbirin keçirilməsi nəzərdə tutulub.
Tədbirin məqsədi qəhrəmanlıq nümunəsini təbliğ etmək, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Oktyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















