Rus ordusunda döyüşən İbad Hüseynov öldü Foto
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanlı İbad Hüseynov Rusiya-Ukrayna müharibəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Orenburq vilayətinin Novotroitsk şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki uşaq atası İbad Hüseynov Novotroitskdə dəfn olunub.
İbad Hüseynov 1979-cu ildə Azərbaycanda anadan olub. Məktəbi bitirdikdən və hərbi xidməti başa vurduqdan sonra Novotroitskə köçüb, burada ailə qurub və iki uşağı var.
O, müqavilə əsasında Rusiya ordusu sırasında Ukraynadakı müharibəyə gedib.
Bu mövzuda digər xəbərlər:İbad Hüseynov saxlanılmasından danışdı
23 Oktyabr 2026 12:58
İbad Hüseynov Gürcüstanda saxlanıldı
23 Oktyabr 2026 10:57
Rus ordusunda döyüşən Abbasov itkin düşdü Foto
27 Fevral 2026 16:11
Gürcüstanda saxlanılan İbad Hüseynov: Mənimlə düşməncəsinə davrandılar
24 Oktyabr 2026 11:05
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
25 Oktyabr 2026 10:20
Baxış sayı:133
Bu xəbər 12 Mart 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















