Icma.az
close
up
RU
Gürcüstanda seçkilər: Merliyə və bələdiyyə üzvlüyünə neçə azərbaycanlı iddialıdır? ARAŞDIRMA

Gürcüstanda seçkilər: Merliyə və bələdiyyə üzvlüyünə neçə azərbaycanlı iddialıdır? ARAŞDIRMA

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda sabah bələdiyyə seçkiləri keçiriləcək. Seçicilər növbəti dörd il üçün Tbilisi də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və məşvərətçi orqanlara deputatlar seçəcəklər.

Seçkilərdə ikisi müxalif olmaqla, 12 partiya və 6 təşəbbüs qrupu iştirak hüququ əldə edib. Tbilisi və 63 bələdiyyədə mer vəzifəsinə ümumilikdə 112 namizəd qeydiyyata alınıb. Majoritar namizədlərin ümumi sayı 2 228, partiya siyahıları üzrə isə namizədlərin sayı 5 193 nəfər təşkil edir. Təşəbbüs qrupları tərəfindən isə 32 namizəd irəli sürülüb.

Maraqlıdır, görəsən Gürcüstan azərbaycanlıları arasından seçki marafonuna neçə nəfər namizəd kimi qoşulub?

APA-nın yerli bürosu bu suala cavab tapmaq məqsədilə Gürcüstanın Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış seçki subyektlərinin sentyabrın 18-nə olan yekun siyahılarına əsasən araşdırma aparıb.

Mer postu uğrunda 3 azərbaycanlı mübarizə aparacaq

Mer vəzifəsinə irəli sürülmüş namizədlər arasında 4, majoritar deputatlığa təqdim olunmuş namizədlərin siyahısında 78, partiya siyahılarında isə 102 nəfər azərbaycanlı yer alıb. Yerli seçkilərdə namizəd statusu almış soydaşlarımızın ümumi sayı 184 təşkil edir. Lakin bu son göstərici deyil, bəzi soydaşlarımız namizədliklərini artıq geri götürüb.

Majoritar deputat postlarına təqdim olunmuş azərbaycanlı namizədlərin sayında 2021-ci ildə baş tutmuş son yerli seçkilərlə müqayisədə azalma var. Dörd il öncə azərbaycanlı namizədlərin sayı 105 nəfər təşkil edib. Azalmaya əsas səbəb Gürcüstanın əksər müxalifət partiyalarının qarşıdan gələn seçkilərdə iştirakdan imtina etməsidir. Sonuncu yerli seçkilərdə müxalifətdən irəli sürülmüş azərbaycanlı namizədlərin ümumi sayı 68 nəfər olub.

Soydaşlarımızın yalnız 4 nəfəri mer vəzifəsi uğrunda mübarizə üçün qeydiyyata alınıb. Onlar hakim “Gürcü Arzusu” partiyasının Marneuli meri postuna namizədi Daur İsmayılov, müxalif “Lelo – Güclü Gürcüstan” partiyasının Bolnisi və Marneuli meri vəzifəsinə namizədləri - Asəf Çıraqov və Əsəd Əliyev və “Bizim Vahid Gürcüstan” partiyasından Marneuli merliyinə namizəd Əli Bədirovdur.

Hazırda mer vəzifəsinə iddialı olan azərbaycanlı namizədlərin sayı 3 nəfər təşkil edir. Belə ki, sentyabrın 22-də Asəf Çıraqov Bolnisi merliyinə namizədliyini hakim “Gürcü Arzusu” partiyasından olan rəqibi Zamur Çitanavanın xeyrinə geri çəkib.

Hakim və müxalif partiya neçə azərbaycanlı namizəd irəli sürüb?

Majoritar deputatlığa ən çox azərbaycanlı namizədi 46 nəfər olmaqla “Gürcü Arzusu” irəli sürüb. Namizədlərin əksəriyyəti Marneuli (12 nəfər), Qardabani (10 namizəd) və Dmanisi (8 nəfər) rayonlarındandır.

Azərbaycanlı namizədlərin sayına görə ikinci yerdə 29 nəfərlə “Lelo - Güclü Gürcüstan” partiyasıdır. Müxalif siyasi birlik ən çox Marneuli (12 nəfər) və Bolnisi (7 nəfər) rayonlarında azərbaycanlı namizəd təqdim edib. Hazırda namizədlərin sayı 26 nəfər təşkil edir. Belə ki, partiyanın Marneuli rayonunun Qullar, Birinci Kosalı, Qızılhacılı kəndləri üzrə azərbaycanlı namizədləri seçki marafonunda iştiraklarını dayandırıblar.

“Qaxariya Gürcüstan naminə” və “Bizim Vahid Gürcüstan” partiyaları isə majoritar deputat postlarına hər biri 1 azərbaycanlı namizəd verib. Daha 1 azərbaycanlını isə Tsalka rayonunda beş nəfər soydaşımızdan ibarət təşəbbüs qrupu tərəfindən təqdim olunub.

Azərbaycanlı namizədlərin 21-i qadındır

Partiya siyahılarında yer alan azərbaycanlıların sayı 102 nəfər təşkil edir. Ən çox azərbaycanlı namizədlə (31 nəfər) seçkiyə “Lelo – Güclü Gürcüstan” partiyası gedir.

“Gürcü Arzusu”nun siyahısında 29 azərbaycanlı yer alıb. “Xalqın hakimiyyəti” partiyasının siyahısında 19, “Bizim Vahid Gürcüstan” partiyasının siyahısında isə 23 azərbaycanlı təqdim olunub.

Qeyd edək ki, seçkilərdə iştirak edən azərbaycanlı namizədlərin 21-i qadındır. Onların 4-ü majoritar deputatlığa iddialıdır, 17-si isə partiya siyahıları üzrə namizəddirlər.

Bu günə olan məlumata əsasən, Gürcüstanda mer postuna iddialı azərbaycanlıların sayı 3, majoritar deputat seçilmək istəyən azərbaycanlıların sayı isə 75 nəfərdir. Partiya siyahıları üzrə isə 102 azərbaycanlı namizəd qeydiyyata alınıb. Beləliklə, seçki marafonunda iştirak edən soydaşlarımızın hazırkı ümumi sayı 180-dir. Səsvermə gününədək namizədliyini geri götürən soydaşımız olarsa, göstərici azalmağa doğru dəyişə bilər.

Kim qalib gələcək?

Bələdiyyələrdə yer almaq üçün partiyalar ən azı 4%, majoritar namizəd isə ən azı 40% səs toplamalıdır, bir şərtlə ki, rəqibi ondan çox səs yığmasın.

Mer seçilmək üçün isə namizədlər seçkilərdə iştirak edən seçicilərin səslərinin yarıdan çoxunu əldə etməlidirlər. Bir namizədin 50%-dən çox səs qazanmayacağı halda ən yaxşı nəticə qazanmış iki namizədin iştirak edəcəyi ikinci tur təyin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri