Icma.az
close
up
RU
Merliyə namizəd televiziyada canlı yayım zamanı güllələnib...

Merliyə namizəd televiziyada canlı yayım zamanı güllələnib...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadınla birlikdə 3 nəfər də həlak olub...

...Meksikanın Verakruz ştatının Teksistepek şəhərində hakim Milli Yeniləşmə Hərəkatı (Morena) partiyasından namizədliyini irəli sürən yerli merliyə namizəd Yeseniya Lara Qutierres seçicilərlə görüş zamanı güllələnib.

SİA-nın məlumatına görə, CNN xəbər verir ki, qadınla yanaşı, 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hücum mayın 11-i axşam saatlarında Qutierresin Teksistepek küçələrində keçirdiyi mitinq zamanı baş verib.

Onun görüntüləri Facebook-da yayımlanıb.

Merliyə namizəd əllərində partiyanın simvolları olan bayraqlar tutan onlarla tərəfdarın əhatəsində olub.

Qadın ayaq üstə duran şəhər əhalisinə yaxınlaşaraq onları salamlayıb. Birdən atəş səsləri eşidilib, çaxnaşma yaranıb, camaat dağılışmağa başlayıb və canlı yayım kəsilib. Kadrlardan görünür ki, təxminən on saniyə ərzində 20-yə yaxın atəş açılıb.

Meksika prezidenti Klaudiya Şeynbaum hücum edənlərin hələ müəyyən edilmədiyini və müstəntiqlərin cinayətin motivləri barədə məlumatı olmadığını bildirib.

CNN xəbər verir ki, hökumət iyunun 1-nə bələdiyyə seçkilərinin təyin olunduğu Verakruz ştatının administrasiyasına federal dəstək təklif edib.

Nəşrin qeyd etdiyi kimi, Meksikada seçki dövrlərində siyasi namizədlərə hücumlar tez-tez baş verir. 2024-cü ilin may ayında cənubdakı Gerrero əyalətində bələdiyyə sədrinə namizəd seçki kampaniyası zamanı öldürülüb.
Hücum videoya da çəkilib. Bir neçə gün sonra Miçoakan ştatının Kotija şəhərinin meri mühafizəçisi ilə idman zalından evə qayıdarkən güllələnib.

Meksikanın insan haqları təşkilatı Data Cívica-nın məlumatına görə, ötən il ölkədə rekord sayda siyasi zorakılıq qurbanı qeydə alınıb. Qurbanların çoxu ya bələdiyyə vəzifəsini tutmuş, ya da namizədliyini irəli sürmüşdü.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri