Icma.az
close
up
RU
Gürcüstanda TƏXRİBAT PLANI Qərb rəngli inqlib ssenarisini AKTİVLƏŞDİRDİ TƏHLİL

Gürcüstanda TƏXRİBAT PLANI Qərb rəngli inqlib ssenarisini AKTİVLƏŞDİRDİ TƏHLİL

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. Bu barədə ötən gün Baş nazir İrakli Kobaxidze bildirib. O qeyd edib ki, Gürcüstan 2028-ci ilin sonuna qədər Aİ-nin qrantlarından imtina edir:
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”.
 

MÖVZU İLƏ BAĞLI:
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub - FOTO/VİDEO


Gürcüstan niyə belə addım atdı?
Nəzərə alaq ki, Gürcüstan hələ 1999-cu ildə Avropa İttifaqına üzvülüyə namizəd status qazanıb. Lakin ötən 25 ildə hər dəfə müxtəlif bəhanələrlə üzvülük məsələsi ertələnib. Sonunca dəfə isə Aİ elan etmişdi ki, Gürcüstan ən yaxşı halda 2030-cu ildə quruma üzv ola bilər. Amma siyasətdən başı çıxan hər kəs bilir ki, Gürcüstanın Aİ-yə üzvülük məsələsi mümkün deyil. Çünki Gürcüstan ərazisinin 20 faizi işğal altındadır. Belə yarımcan ölkəni isə heç bir qurum yanında görmək istəmir. Yada salaq ki, Mixael Saakaşvili zamanında Aİ-nin vədlərinə inanaraq Gürcüstanın ərazi bütövlüyünün bərpasına cəhd etdi.
2008-ci ildə rəsmi Tiflis Moskvaya qarşı müharibə elan etdi. Amma bu müharibə cəmi 2 həftə çəkdi və bu müharibə Gürcüstan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi. Amma o zaman nə ABŞ, nə Aİ, nə də NATO Gürcüstanın harayına yetişdi. Sadəcə hadisələri kənardan müşahidə etdilər. Onların yeganə hədəfi Gürcüstanla Rusiya arasında başlanan müharibəni uzatmaq oldu. Lakin köməksiz, zəif Gürcüstan Rusiya qarşısında tab gətirə bilmədi.
Ümumiyyətlə, tarix göstərir ki, ABŞ və bəzi ölkələr postsovet ölkələrindən hər zaman siyasi alət kimi istifadə edib və bu siyasət bu gün də davam edir. Qərb bu gün hansısa postsovet ölkəsində sosial-iqtisadi problemləri belə birbaşa Rusiya ilə bağlamaq istəyir.
Qərbin hazırkı hədəfi odur ki, Ukraynadan sonra ikinci bir postsovet ölkəsində Rusiyaya qarşı cəbhə açılsın. ABŞ və Aİ üçün Gürcüstan bu baxımdan daha sərfəli variantdır. Lakin Qərbin vədlərinə inamını itirən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası yeni siyasi xətt yürütməyə başladı. Regional əməkdaşlığa və birgə inkişafa üstünlük verən rəsmi Tiflis açıq şəkildə Qərbin təkliflərindən imtina etdi.
Bu imtina Gürcüstanın siyasi hakimiyyətinə asan başa gəlmədi.
Qərb açıq şəkildə Gürcüstanın üzərinə gəlməyə başladı. Ölkəyə qarşı iqtisadi dəstək dayandırıldı, siyasi rəhbərlərin Qərb ölkələrinə çıxışına qadağa qoyuldu.
Sonuncu dəfə isə ötən həftə Aİ Gürcüstana 121 milyon avronun ayrılması qərarını da ləğv edibAİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Aİ Gürcüstan hökuməti üçün ayrılmış 121 milyon avro vəsaiti başqa məqsədlərə yönəldəcək.
Bu isə rəsmi Tiflisin səbrini daşdırdı. Noyabrın 28-də Baş nazir İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqları dondurduğunu elan etdi.
Rəngli inqilab cəhdi
Bu xəbəri eşidən kimi Qərbin oyuncağına çevrilən gürcü müxalifəti küçələrə axışdı. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də qoşuldu. Ötən axşam etirazçılar parlament binası yaxınlığında aksiyaya başladılar. Təsadüfi deyil ki, aksiyada çıxış edən Zurabişvili təhlükəsizlik qüvvələrini təhrik edə biləcək mesajlar ötürdü:
“Siz Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Kimə xidmət üçün and içmisiniz? Mənə cavab maraqlıdır. Prezidentə cavab vermirsiniz? Gələcək haqqında düşünmürsünüz? Ölkənin gələcəyi, uşaqların gələcəyi sizə maraqlı deyil?!”
Təbii ki, etriazçılar müəyyən təxriabtlara da əl atıblar.
Nəticədə Rustaveli prospektində etirazçılarla polis arasında  qarşıdurma baş verib. Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Tərəflər arasında toqquşmalar da yaranıb. Polis aksiyaçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər saxlanılıb. 
Qərb Tiflisdəki qarşıdurmanı qızışdırmaq və dövlət çevrilişinə qədər aparıb çıxartmaq üçün bütün kartları masaya qoydu. Xüsusilə də, Qərb ölkələrinin Gürcüstandakı diplomatları fəal işə başladı.
Məsələn, ötən gün hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Zarkua ölkənin xarici işlər nazirinə müraciət edərək onu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin ölkədən çıxarılması proseduruna başlamağa çağırıb. Deputatın sözlərinə görə, səfir öz hüquq və vəzifələrini qarışdırıb və təxribatla məşğuldur.
Yada salaq ki, Qərb hələ aylar öncə Gürcüstandakı proseslərə müdaxilə edəcəklərini bildirmişdi. Məsələn, Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski seçkiöncəsi açıq şəkildə bildirmişdi ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, Gürcüstanın Avropa İttifaqına daxil olması yenidən üçün ciddi işə başlanılacaq:
“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.
Göründüyü kimi Qərb Gürcüstanda növbəti dəfə rəngli inqilaba nail olmaq istəyir. Lakin bu dəfə xalq və hakimiyyət daha qətiyyətli, yekdil görünür. Beləcə, Qərb özünün postsovet məkanda daha bir dayağını itirir və regionda yeni reallıqlar formalaşır. Bu reallıqda isə Qərbin təxribatçı müdaxilələrinə yer yoxdur.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri