Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Deputat: Qərb Ukrayna ssenarisini Gürcüstanda həyata keçirə bilməyəcək

Deputat: Qərb Ukrayna ssenarisini Gürcüstanda həyata keçirə bilməyəcək

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanı öz nəzarətində saxlamaq uğrunda Qərb və Rusiya arasında gedən mübarizə hazırda da davam edir. Ölkədə intensiv xarakter alan ixtişaşlar da bunun bariz nümunəsidir. Təbii ki, ilk növbədə Gürcüstanda baş verən proseslər gürcü xalqını maraqlandırır və seçim də onlarındır. Ona görə də Qərb xalqın seçiminə hörmətlə yanaşmalı, ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Bütün bunların fonunda gürcü xalqı da hər şeydən əvvəl tarixin bu təlatümlü mərhələsində müdriklik nümayiş etdirməli, heç bir xarici qüvvənin əlində alət olmamalı və xalqın maraqlarını hər şeydən üstün tutmalıdır. Çünki Qərbin Gürcüstanla bağlı ssenarisi bu ölkəni öz maraqları naminə növbəti Ukrayna etmək, daha doğrusu qurban vermək cəhdidir. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, indi də eyni ssenarini Gürcüstan üçün yazır.

Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, Gürcüstan özünün çətin dövrünü yaşayır:

"Çünki xalq şəffaf şəkildə öz nümayəndələrini seçsə də, Qərb bununla razılaşa bilmir. Ona görə də siyasi texnoloqların köməyi ilə ölkədə siyasi sabitliyi pozub ənənəvi niyyətinə nail olmağa çalışır. Gürcü xalqı parlament seçkisində öz sözünü deyib. Artıq yeni hökumət formalaşıb və yeni prezidentin seçilməsi ərəfəsidir. Amma Salome Zurabişvilinin rəhbərliyi altında formalaşmış hökuməti tanımamağa, parlament seçkisinin yenidən keçirilməsinə çağırışlar olunur. Hətta Zurabişvili parlament yenidən seçilənə qədər prezidentlik postunu tərk etməyəcəyi ilə bağlı bəyanatlar da səsləndirir. Bu isə ondan xəbər verir ki, Qərbin istəyi Gürcüstanı da Ukraynanın durumuna salmağa hesablanıb".

"Qərbin dəstəklədiyi Ukrayna müstəqil respublika kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hətta Ukraynanın Qərb ölkələri arasında bölüşdürülməsi planları da artıq gizlədilmir. Cənubi Qafqazda isə Gürcüstan üzərində həmin ssenarinin davam etdirilməsində qərarlı olan Qərb, bu ölkəyə yeni sanksiyaların tətbiq olunacağını, Avropa İttifaqına yolunun bağlanacağını, maliyyə yardımlarını dayandıracağını və s. hədələrlə hökumətə təzyiq göstərməyə davam edir. Baş nazir Kobaxidzenin buna cavabı isə gecikmədi və o, 2028-ci ilə qədər Avropa İttifaqına inteqrasiyasını dayandırdığını və Qərbin qrantlarından imtina etdiyini bəyan etdi. Qərb isə Gürcüstandan əl çəkmək istəmir və insanları hakimiyyətə qarşı qaldırmağa davam edir. Təbii ki, Qərbin iradəsinə tabe olan ölkələri yaxşı heç nə gözləmədiyi artıq sübut olunub. Qərb hansı ölkəyə daxil olsa, o ölkə ərazilərini itirir, sabitliyi pozulur, dövlət olaraq zəifləyir və demək olar ki, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşir. Bu gün Gürcüstan da belə bir təhlükə ilə üzləşib", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bütün bunlara baxmayaraq, müdrik gürcü xalqı Qərbin vəd etdiyi boş xəyalların arxasınca getməyərək, özünün seçdiyi hökumətin yanında olacaq:

"İnanıram ki, Qərbin siyasi texnoloqlarının qurduğu ssenari uzun müddət davam etməyəcək. Belə ki, 14 dekabrda Gürcüstanın yeni prezidenti seçiləcək və ictimai - siyasi sabitliyi pozmağa çalışanlara qarşı ciddi tədbirlər görüləcək. Çünki Gürcüstan xalqı özünün müstəqilliyini qoruyub saxlamalı və Qərbin çirkin planlarının qurbanına çevrilməyərək onların ssenarilərinin Cənubi Qafqazda genişlənməsinə imkan verməməlidir".

Deputat Vüqar İskəndərov da Oxu.Az-a açıqlamasında gürcü xalqının növbəti imtahan qarşısında olduğunu deyib:

"Lakin onlar bu çətinlikdən ləyaqətlə çıxacaqlar. Çünki Gürcüstan xalqı da, hakimiyyəti də başa düşür ki, Qərbin onlara bu günə qədər söz verdiyi bir çox məsələlər yalnız sözdən və siyasi manipulyasiyadan ibarət olub. Gürcüstan illər əvvəl sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə məhz Qərbə sığınaraq iki böyük ərazisini itirdi, növbəti illərdə isə müxtəlif vədlər verməklə Gürcüstanın müstəqil siyasət həyata keçirməsinə Qərb təsisatları hər vəchlə mane olmağa çalışdı. Lakin gürcü xalqı artıq həqiqətin necə olduğunu çox yaxşı anlayır, hakimiyyət də milli maraqlara söykənən siyasətə sadiq olduğunu ortaya qoyur".

"Gürcü xalqı artıq öz hakimiyyətini, öz parlamentini seçib və yalnız özünün maraqlarına, dövlətçilik ənənələrinə sadiq siyasətlə inkişaf etmək yolu tutub. Təəssüflər olsun ki, bu, Qərbə sərf etmədiyi üçün xüsusilə də ABŞ və Avropa İttifaqı bütün rıçaqlarını işə salaraq Gürcüstanda vətəndaş qarşıdurması yaratmağa, bununla da hakimiyyəti devirib özünü istədiyi marionet qüvvələri hakimiyyətə gətirməyə çalışır. Lakin əminik ki, bu hadisələrin nəticəsi gürcü xalqının istəyinə uyğun olacaq və Qərb Ukraynada hazırladığı ssenarini Gürcüstanda həyata keçirə bilməyəcək".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri