Gürcüstanda Türkiyə vətəndaşları arasında kütləvi dava olub, 5 nəfər saxlanılıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanın Acarıstan Muxtar Respublikasında 5 nəfər Türkiyə vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərdən biri sağlamlığa qəsdən ağır zərər vurmada, dördü isə qrup halında xuliqanlıqda ittiham olunur.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri Xelvaçauri bələdiyyəsində yerləşən restoranda iki nəfər Türkiyə vətəndaşına soyuq silahla bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib.
Digər 4 nəfər isə restoranda ictimai asayişi pozub, oradakı insanları təhqir edib və inventara ziyan vurub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















