Icma.az
close
up
RU
Gürcüstanda Ukrayna vətəndaşları saxlanılıb

Gürcüstanda Ukrayna vətəndaşları saxlanılıb

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, məlumatda sentyabrın 10-da Ukraynadan Rumıniya və Bolqarıstan ərazisi ilə hərəkət edən Ukrayna nömrəli “Mercedes-Benz” markalı yük avtomobili Türkiyə-Gürcüstan sərhədində Sarpi keçid məntəqəsindən ölkəyə daxil olub.
“Onun saxlanması və yoxlaması nəticəsində avtomobilin əvvəlcədən gizli şəkildə hazırlanmış yerindən 2,4 kq “heksogen” partlayıcı maddə aşkar edilib. Biz ictimaiyyətə izah edirik ki, söhbət trotildən daha güclü maddədən gedir”, - Gürcüstan DTX-nin rəhbərinin müavini Laşa Maqradze keçirdiyi brifinqdə deyib.
DTX bildirib ki, hələlik Gürcüstanın son təyinat yeri olduğu, yoxsa tranzit ərazi kimi istifadə edildiyi məlum deyil. İstintaq ələ keçirilən partlayıcı maddələrin son ünvanını müəyyənləşdirməkdə davam edəcək.
- Ölkə ərazisində terror aktı hazırlanıb, Gürcüstandan tranzit dəhliz kimi istifadə edilib, yoxsa başqa məqsəd olub? Müvafiq şəkildə, saxlanılan şəxslərin əməllərinin hüquqi mahiyyəti aydınlaşdırılacaq, lazım gələrsə, ictimaiyyətə əlavə məlumat veriləcək”, - rəsmi bəyanatda vurğulanır.
Gürcüstan DTX-nin məlumatına görə, partlayıcı maddə Ukrayna ərazisində avtomobilin sürücüsü olan Ukrayna vətəndaşı M.S-ə naməlum şəxs tərəfindən ötürülüb. Bu şəxs partlayıcı maddəni maskalanmış çəlləklərdə gizlədib və Gürcüstan sərhədini keçdikdən sonra yükün başqa şəxs tərəfindən götürülməli olduğunu söyləyib.
Daha sonra sürücü ilə görüşərək şəlləklərdə gizlədilən partlayıcı maddəni qəbul edən digər Ukrayna vətəndaşı - D.J. saxlanılıb. Axtarışlar zamanı 8 mobil telefon, bir kompüter, elektron yaddaş qurğuları, xeyli miqdarda pul, müxtəlif xarici operatorların sim kartları, habelə narkotik vasitə olan “kokain” götürülüb.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınmasını nəzərdə tutan 236-cı maddəsi üzrə aparılır. Bundan əlavə, axtarışlar zamanı götürülən narkotiklərlə bağlı saxlanılan şəxslərə qarşı 260-cı maddə ilə ittiham irəli sürüləcək.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri