Icma.az
close
up
RU
Gürcüstanda yol hərəkəti qaydaları ilə bağlı cərimələr sərtləşdirilir

Gürcüstanda yol hərəkəti qaydaları ilə bağlı cərimələr sərtləşdirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 19 noyabr, AZƏRTAC

Gürcüstanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikiklər olunur.

AZƏRTAC xəbər verir ki, qanun layihəsində yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan bəzi hərəkətlərə görə məsuliyyətin müəyyən edilməsi, eyni zamanda, nəzərdə tutulmuş sanksiya ilə qabaqlayıcı funksiyanın yerinə yetirilməsini təmin edə bilməyən xətalara görə inzibati və hüquqi məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur. Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze layihə ilə bağlı parlamentdə məlumat verib. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən müəyyən edilmiş sürət həddini 15 km/saatdan artıq, lakin 40 km/saatdan çox olmamaqla aşması 100 lari (50 lari əvəzinə) cərimə ilə nəticələnir.

Nəqliyyat vasitəsini idarə edərkən sürücü və ya sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı cərimənin məbləği 50 lariyə qaldırılır (hazırda 40 lari). Nəqliyyat vasitəsini idarə edərkən mobil rabitə vasitəsindən istifadəyə görə cərimədə 50 lariyə qədər artırlır (30 lari idi).

Nazir müavini deyib ki, məsələ ilə bağlı Cinayət Prosessual Məcəlləsinə də bəzi normalar əlavə edilir.

Nəqliyyat vasitəsini səkidə və ya piyada keçidində saxlamaq 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Mikroavtobusdan başqa hər hansı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin əks istiqamətində (“BUS zolağı”) hərəkət edən mikroavtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqda idarə etməyə görə 200 lari məbləğində cərimə tətbiq olunacaq.

A.Daraxvelidze bəzi statistik rəqəmləri də diqqətə çatdırıb: “2024-cü ildə yollarda 7587 yaralanma qeydə alınıb, qəzalar nəticəsində 444 nəfər dünyasını dəyişib. Bu ilin 9 ayının məlumatına görə, 6041 nəfər xəsarət alıb, 345 nəfər ölüb”.

“Ötən ilin eyni dövrünə nəzər salsaq, təkcə ölüm göstəricisi 41 fakt, qəzaların sayı isə 76 fakt artıb. Təhlillər göstərdi ki, qəzalar ən çox sürət həddinin aşılması nəticəsində baş verir. Buna görə də biz yol qəzalarının qarşısının alınmasına əhəmiyyətli töhfə verəcəyinə inandığımız dəyişiklikləri tətbiq etdik və diqqətimizi ən çox qəzalara və ölümlərə səbəb olan sanksiyalara yönəltdik”, - deyə daxili işlər nazirinin müavini bildirib.

Qeyd edək ki, qanun layihəsinin müəllifi Daxili İşlər Nazirliyi, təşəbbüskarı isə Gürcüstan hökumətidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri