Icma.az
close
up
RU
Gürcüstanda xaricdən qrantların alınması qaydaları sərtləşdirilir

Gürcüstanda xaricdən qrantların alınması qaydaları sərtləşdirilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 7 aprel, AZƏRTAC

Gürcüstan parlamenti “Qrant haqqında” qanuna dəyişikliklər edəcək. Bununla bağlı yeni layihə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının parlamentdəki fraksiyası tərəfindən təqdim olunub.

AZƏRTAC xəbər verir ki, yeni layihə parlamentdə sürətləndirilmiş qaydada, yaxın vaxtlarda qəbul ediləcək. Yeni dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatı və media qurumu xaricdən qrant almaq üçün hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin razılığını almalıdır. Razılıq olmadan verilmiş qrantın qəbulu qadağan olunacaq və məsuliyyətə səbəb olacaq.

Layihəyə əsasən, hökumətin qrantın verilməsi ilə bağlı razılıq bildirməsi üçün 10 günlük müddət müəyyən edilir. Hökumətin qərarının məhkəməyə verilməsi həmin qərarın icrasını dayandırmayacaq.

Qadağan olunmuş qrantların verilməsi və qəbul edilməsinə nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək. Qadağan olunmuş qrantın qəbul edilməsi qrant alan şəxsin həmin qrantın ikiqat məbləğində cərimələnməsinə səbəb olacaq.

Qanun layihəsində müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, hökumətin icazəsinin məcburi olduğu qayda beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlara, Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil almaq və elmi fəaliyyət üçün verilən fərdi təqaüdlərə, eləcə də Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilat tərəfindən verilən qrantlara şamil olunmur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see432

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see282

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see271

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see267

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see266

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see252

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see251

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see247

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see246

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see243

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see242

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see233

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see233

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see233

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see232

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see226

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see225

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see217

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see217

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri