Icma.az
close
up
RU
Gürcüstandakı proseslər necə yekunlaşacaq?

Gürcüstandakı proseslər necə yekunlaşacaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Avropa İttifaqının Gürcüstanla bağlı son qərarları qərəzli və alçaldıcı bir yanaşmadır”. 

Bunu Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında Gürcüstanda baş verən son prosesləri şərh edərkən deyib.

O bildirib ki, Gürcüstanda vəziyyətin gərginləşməsinin səbəbi təkcə seçkilərlə bağlı deyil: 

“ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatı açıqlanmadan Avropa Parlamentinin Gürcüstanda son parlament seçkilərinin nəticələrini qeyri-legitim adlandırması çox yalnış və irrasional yanaşma idi. Avropa İttifaqı Gürcüstanı qrant layihələrdən kənarda qoymaq və maliyyə yardımını dayandıracağı ilə hədələyir. Bu isə doğru deyil və çox səhv addımdır.

Qeyd edim ki, gürcülər özlərini kifayət qədər mərd, başları dik və qürurlu kimi aparırlar. Avropa İttifaqı Gürcüstana deyir ki, biz sizə nə deyiriksə, siz onunla oturub durmalısınız, siz bizim bütün tapşırıqlarımızı yerinə yetirməlisiniz. Gürcülər də onlara tabe olmayacaqlar. 

Nəzərə almaq lazımdır ki, Gürcüstanda son parlament seçilərində hazırkı hakimiyyət – “Gürcü Arzusu” partiyası böyük səs çoxluğu ilə qələbə qazanıb. 

Müxalifət cəbhəsində heç bir partiya iqtidarın qələbəsini şübhə altına almır. 

Sadəcə olaraq, müxalif qüvvələr iddia edirlər ki, hakim partiya 53 % deyil, bu rəqəmdən bir qədər az səs toplayıb. Halbuki “Gürcü Arzusu” partiyası xalqın əksəriyyətinin dəstəyini qazanıb. 

Xalqın yarısının səsini qazanan partiyaya Avropa İttifaqı tərəfindən sanksiya qoyulması gülünc və antidemokratikdir”. 

Natiq Cəfərli vurğulayıb ki, Qərdə bəzi dairələr Donald Trapmpın hakimiyyətə gəlməsi ilə Gürcüstanda hər hansı dəyişiklikliyə nail olmaq istəyir:

“Prezident Salome Zurabişvilinin müxalifətin aksiyalarına rəhbərlik  etməsi bunun təzahürüdür. Hesab etmirəm ki, Gürcüstan hakimiyyəti geri addım atacaq. Tramp Ağ Evdə prezidentlik postuna sahib olduqdan sonra Gürcüstanın Qərblə münasibətlərində istiləşmə baş verəcək.

“Gürcü Arzusu” partiyası Avropa İttifaqına inteqrasiyadan imtina etməyib, bu ölkənin Konstitusiyasında Qərbə inteqrasiya əsas prioritet hesab olunur.

Hakim partiyanı rusiyapərəst adlandırmaq çox səhv düşüncədir. Hakim partiyanın bütün proqramlarında Rusiya təcavüzkar ölkə kimi qələmə verilib.
Bəli, hakim partiya Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır, ticarət əlaqələri qurur. Bu il Gürcüstana 1.5 milyon rus turist gəlib. Gürcüstan Rusiya bazarına 8 və ya 9 milyard dollar dəyərində məhsul ixrac edib. Axı Tiflis ona qazanc gətirən əlaqələrdən niyə imtina etməlidir? 

İstənilən ölkə ilə ticarət əlaqələri qurmaq hər bir ölkənin hüququdur. 

Avropa İttifaqının Gürcüstanla bağlı son qərarları qərəzli və alçaldıcı bir yanaşmadır. Bu səbəbdən Gürcüstan Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək dondurub. Tiflis çox düzgün və doğru addım atıb”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri