Icma.az
close
up
RU
Akif Nağı: “Gürcüstandakı proseslər Ermənistanda da...”

Akif Nağı: “Gürcüstandakı proseslər Ermənistanda da...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son günlər Gürcüstanda yaşanan proseslərin eynisi zamanında Ermənistanda da cəhd olunmuşdu”.

Bunu Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, məhz Ermənistanın Baş naziri Nikol Paşinyan da hakimiyyətə gələndə prezident Armen Sarkisyanla müəyyən problemlər vardı:

“Hətta onlar arasında çox ciddi gərginlik yaşanırdı. Baş nazirlə prezident bir-birlərini qəbul etmək istəmirdilər, aralarında səlahiyyət bölgüsü gedirdi. Lakin sonda razılığa gələ bildilər. 

Yəni Nikol Paşinyanın mövqeyini və iradəsini Armen Sarkisyan da qəbul etdi.

Daha sonra hakimiyyətə gələn Prezident Vaaqn Xaçaturyanla isə proses nisbətən sakit şəkildə davam etdi”.

Partiya sədri qeyd edib ki, yaxın perspektivdə Ermənistanda Gürcüstandakı ssenarinin təkrarının yaşanacağı da inandırıcı deyil:

“Çünki Ermənistanın indiki Baş naziri də, Prezidenti də əsasən Qərbə bağlıdır. Yəni onlara sifariş verənlər fərqli olmadığına görə hərəkətləri də bir-birinə qarşı yönəlməyəcək. 

Gürcüstanda isə Baş nazir Rusiyaya, Prezident isə Qərbə meyillidir. Oradakı qarşıdurmaya da səbəb budur. Ermənistanda isə belə bir vəziyyət olmadığı üçün bunu gözləmək mümkün deyil. 

Lakin gələcəkdə buna bənzər proses Ermənistanda da yaşana bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaşanır. Bəlkə də Paşinyanın sürətlə kadr dəyişiklikləri hakimiyyət daxilində gedən siyasi qrup mübarizələri ilə bağlı idi. O, qabaqlayıcı addım kimi belə həmlələr etdi”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri