Gürcüstandakı seçkilərdə beynəlxalq müşahidəçi statusu yalnız əcnəbilərə veriləcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanda seçkilər zamanı beynəlxalq müşahidəçi kimi yalnız yaşı 18-dən yuxarı olan xarici ölkə vətəndaşı qeydiyyata alınacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı hakim "Gürcü Arzusu" partiyasından olan deputatlar ölkənin Seçki Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıblar.
Layihənin həmmüəllifi, Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə komitəsinin sədri Davit Matikaşvili bildirib ki, beynəlxalq müşahidəçi Gürcüstan vətəndaşı olmadığı zaman siyasi cəhətdən daha qərəzsiz yanaşma sərgiləyəcək.
Beynəlxalq müşahidəçini müşayiət edəcək tərcüməçinin qeydiyyata alınması proseduru da qanunla müəyyənləşdiriləcək.
Prosedur məsələləri üzrə komitə ilk dinləmədə qanun layihəsini dəstəkləyib.
Qeyd edək ki, bu vaxta qədər Gürcüstanda keçirilən seçkilərdə beynəlxalq təşkilatların müşahidə missiyalarında yerli vətəndaşlar da təmsil olunurdular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 02 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















