Gürcüstandakı soydaşlarımızı öz tərəfinə çəkən İrandır Professor
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Bizim təhsil sistemimiz Borçalıda fəlakətli durumdadır. Bu mövzuda yumşaq danışmaq olmaz”.
Sherg.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" adlı kitabının təqdimat mərasimində səsləndirib.
Azərbaycandakı təhsil mühitinə və bunun xaricdəki soydaşlarımıza təsirinə toxunan diplomat milli dildə təhsilin vacibliyini vurğulayıb:
"Azərbaycanda 340-dan çox rus məktəbinin olması ölkə üçün ciddi təhlükədir. Milli dildə təhsil milləti formalaşdıran ana sütundur. Yanlış yanaşmanı nəinki Gürcüstanda, Azərbaycanda da tətbiq edirlər. Bu, kiçik yox, böyük strateji məsələdir".
N.Nəsiblinin sözlərinə görə, Gürcüstan hökumətinin basqısı və Azərbaycan tərəfinin laqeydliyi dilimizi bu günə salıb:
“Bütün məsuliyyəti cəmiyyətin boynuna atmaq düzgün deyil. Tiflisin ana dilli təhsilə açıq təzyiqi var. 2005-ci ildən sonra universitetdə Azərbaycan bölməsinin bağlanması və indiyədək bərpa olunmaması dediklərimizin bariz sübutudur. Statistikaya görə, soydaşlarımız Gürcüstanda ikinci böyük xalq sayılsa da, statusuna görə ən geridə olanlar sırasındadır”.
İranın Gürcüstandakı soydaşlarımız arasında məzhəb ayrı-seçkiliyini təbliğ etdiyinə diqqət çəkən professor, bu məsələyə ciddi yanaşmağa çağırıb:
“İnanın səmimiyyətimə, İran din adı altında, Gürcüstandakı gənc soydaşlarımızı kölələşdirmək və özlərinə nökər etmək üçün məqsədyönlü təbliğat kampaniyası aparır. Bir əl qədər yaxınlığımızda olmalarına baxmayaraq, soydaşlarımızı öz tərəfinə çəkən İrandır".
Diplomat rəsmi Bakının da Gürcüstandakı azərbaycandilli məktəblərin sayının azalmasına laqeyd yanaşdığını bildirib:
"Diaspor Komitəsinin rəsmi şəxslərindən birinin məktəblərin gürcüləşməsinə razılıq verdiklərini etiraf etməsi yadımdadır. Şəxsən baş çəkdiyim məktəblərdən birində müəllim bu prosesdən şikayətlənib ağlayırdı. Təəssüf ki, bizim bəzi rəsmilər “bu yük boynumuzdan düşdü” deyib sevinirdilər”.
Gürcüstan və Azərbaycan münasibətlərinə toxunan diplomat, milli maraqların və dilimizin güzəştə açıq olmadığını vurğulayıb:
"Gürcüstan və Azərbaycan strateji müttəfiqdir. İttifaqı gücləndirmək lazımdır. Amma tərəfdaşlıq Borçalının qurban verilməsi hesabına olmamalıdır. Məsələ Azərbaycan Respublikasının da ziyanınadır. Çünki Cənubi Qafqazın coğrafi mərkəzi Borçalıdır. Bütün infrastrukturlar və kommunikasiyalar məhz oradan keçir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















