Icma.az
close
up
RU
Ermənistanın himayədarı İrandır TƏHLİL

Ermənistanın himayədarı İrandır TƏHLİL

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin Zəngəzur dəhlizinin açılmasını İranla müzakirə etməsi önəmlidir


Qərb Zəngəzur dəhlizinə münasibətini dəyişməsi üçün İrana təzyiqi gücləndirəcək. Bunu erməni politoloq Varujan Geqamyan deyib. Ekspert bildirib ki, İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır: "Amma Qərbin artan təzyiqləri fonunda İranın bizim üçün çox faydalı olan bu mövqeyi dəyişdirilə bilər". Geqamyanın fikrincə, 2025-ci ildə dəhlizin açılması üçün İranla yanaşı, Ermənistana da güclü təzyiqlər olacaq. Erməni analitik Tehran və İrəvanın bu təzyiqlərə tab gətirməyəcəyini ehtimal edir. 

 Məlumat üçün deyək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Zəngəzur dəhlizi barədə açıqlama verib. XİN rəsmisi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini deyib. Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: "İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq". Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: "Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq". Xatırladaq ki, daha sonra Tehran bu xəbəri təkzib etmişdi. Erməni türkoloq Varujan Geqamyan isə bildirib ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi adlanan yerə kiçik, lakin uğurlu informasiya hücumu həyata keçirdi. O iddia edib ki, Azərbaycan mətbuatı İran Xarici İşlər Nazirliyi adından İranın dəhliz məsələsindəki mövqeyindən vaz keçdiyi və onun açılışının texniki detallarının tezliklə Türkiyədə müzakirə olunacağı xəbərini yayıb: “Xoşbəxtlikdən belə bir şey yoxdur. İran tərəfi çox tez hər şeyi təkzib etdi. Lakin bu azərbaycanlı hücumu bizə 3 vacib şeyi xatırladır. Turan dəhlizi ilə bağlı 2025-ci ildə mümkün ən böyük təzyiq olacaq. Bu, bir sıra hallarla (xüsusən də tikinti tarixləri) bağlıdır. Dünənki hücum da bunun ilkin əlamətlərindən biridir. İran dəhliz məsələsində əsas müxalifət olaraq qalır. Qərbin İrana təzyiqlərini artırdığı halda bizim üçün çox faydalı olan bu mövqe dəyişdirilə bilər. Azərbaycan və Türkiyənin Ermənistana qarşı müharibəsi təkcə klassik döyüş meydanında deyil, həm də informasiya döyüş meydanındadır. Dünənki hücum buna əyani sübutdur. Qarşıdakı həftələrdə biz bu təhlükənin mahiyyətini mümkün qədər təfərrüatı ilə başa düşməyə və vizuallaşdırmağa kömək edəcək hərtərəfli tədqiqi təqdim edəcəyik”.


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması nəzərdə tutulub. Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin bəyanata imza atıb. Professorun sözlərinə görə, birgə bəyanatın 9-cu maddəsində açıq mətnlə göstərilib ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında insanların və yüklərin sərbəst hərəkəti təmin olunmalı, Ermənistan da buna zəmanət verməlidir:

 "Görünür, Ermənistan həmin dövrdə məhz zaman qazanmaq üçün kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qalıb. Sonradan biz bunu aydın şəkildə gördük. Ermənistanın hərbi-siyasi xarakterli təxribatları hələ də davam edir, kənardan dəstək verilir. İrəvan əlindən gələni edir ki, münaqişənin hələ də qalması təəssüratı formalaşsın. Təsadüfi deyil ki, bu gün Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətində də maraqlıdır. Minsk qrupu hələ də fəaliyyətdədirsə, belə bir təsəvvür yaranır ki, guya münaqişə vəziyyəti qalmaqdadır. Eyniylə Ermənistan baş naziri öz imzası ilə Zəngəzur dəhlizinin açılmasına razılıq versə də, sonradan hər vasitə ilə dəhlizin reallaşmasının qarşısını almağa çalışdı və müxtəlif şərtlər irəli sürməyə başladı". 

E.Mirbəşiroğlu qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasında İranın fərqli mövqeyi var idi: 

"Xatırladım ki, 2021-ci ildə Bakı və Tehran arasında İran ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək quru yolunun açılması haqqında razılıq əldə olunmuşdu. Bu, Azərbaycanın siyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş oldu. Ona qədər Ermənistan Zəngəzur dəhlizi məsələsi üzərindən Azərbaycanı bir çox hallarda şantaj etməyə çalışırdı. Azərbaycan bu anlaşma ilə preventiv addım atmış oldu və Ermənistanın əlindən şantaj alətini çıxartdı. Sonrakı mərhələdə İran Zəngəzur dəhlizinin açılmasını, dolayısı ilə Ermənistanın suverenliyinin pozulacağı hal kimi təqdim etməyə başladı". 


Siyasi şərhçi vurğulayıb ki, Zəngəzur dəhlizi çox ciddi geosiyasi və geoiqtisadi əhəmiyyətə malik layihədir: 

"Bu dəhliz böyük bir coğrafiyada birbaşa kommunikasiyanı təmin edəcək. O cümlədən Azərbaycanla Türkiyə arasında kommunikasiyanı təmin edəcək. Xatırlatmaq yerinə düşər ki, Rusiya da bu dəhlizin açılmasında maraqlı olduğunu hər zaman önə çəkib. Birgə bəyanatın 9-cu maddəsində məhz Rusiyanın da adı keçir və dəhlizə rus sərhədçilərinin nəzarət edəcəyi vurğulanır. Amma indi geosiyasi reallıqlar sürətlə dəyişməkdədir. Zəngəzur dəhlizi Azərbaycan ərazisindən keçən çox mühüm nəqliyyat kommunikasiyalarının ən önəmli seqmentinə çevrilə bilər. Bu, Böyük İpək Yolunun, Şimal Cənub Nəqliyyat Dəhlizinin seqmentini təşkil edə bilər. Ona görə region ölkələri üçün də maraqlıdır. Bəs İranı narahat edən nədir? Hesab edirəm ki, bununla İranın tranzit ölkə imkanlarının zəifləyə biləcəyi düşüncəsi mövcuddur. Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyədən gələn yük trafiki məhz bu dəhliz üzərindən gedəcək. Məsələnin geosiyasi tərəfi, gələcəkdə təsir imkanları da mühümdür. Müasir dövrdə quru yollar, boru xətləri, ümumən müxtəlif kommunikasiyalara nəzarət uğrunda ciddi mübarizə getməkdədir. Hansı ölkələrin nəzarət imkanları genişdirsə, onlar daha çox siyasi təsir imkanlarına sahib ola bilərlər. Əgər İran Zəngəzur dəhlizi məsələsini müzakirə etmək niyyətinə düşərsə, dəhlizin açılma ehtimalı daha real olar. Müzakirələrin başlaması və aktuallaşması ümidvericidir". 


Professor bəyan edib ki, Türkiyənin Zəngəzur dəhlizinin açılması məsələsini İranla müzakirəsi önəmlidir: 

"Çünki bu, həm də Azərbaycanla Türkiyə arasında quru yolu ilə birbaşa əlaqənin yaradılması deməkdir və bunun seqmentləri artıq Azərbaycan ərazisində yaradılıb. İğdır-Naxçıvan istiqamətində Türkiyədə də infrastruktur imkanları mövcudur. Rusiyanın İran üzərində təsiri məsələsinə gəlincə, sözsüz ki, Rusiya regionda cərəyan edən prosesləri diqqətlə izləyir. Təbii ki, Rusiya da dəhlizin açılmasında maraqlıdır. Çünki Zəngəzur dəhlizi Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə xidmət edə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 07:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri