Icma.az
close
up
RU
Gürcüstanın Azərbaycandilli media orqanları ilə bağlı müzakirə aparılıb

Gürcüstanın Azərbaycandilli media orqanları ilə bağlı müzakirə aparılıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Mətbuat Şurasında (MŞ) Gürcüstanın Azərbaycan dilli media orqanlarının vəziyyətinə dair müzakirə aparılıb. “Borçalı” İctimai Birliyinin təşəbbüsü və MŞ-nin dəstəyi ilə təşkil olunmuş toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, dost ölkə olan Gürcüstanda fəaliyyət göstərən mətbuat orqanları həmişə özlərinin yaradıcılıq dəst-xətti ilə seçiliblər. Onlar Azərbaycan və Gürcüstan arasında körpü rolunu oynamaqla, hər iki ölkə xalqlarının tarixi yaxınlıq tellərinin vurğulanmasına, mədəni dəyərlərin təbliğinə müstəsna töhfə veriblər.

R.Məcid onu da bildirib ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, Prezident İlham Əliyevin bununla əlaqədar Sərəncam imzalaması Gürcüstandakı Azərbaycan dilli mətbuatın fəaliyyət dairəsinə də diqqət yetirmək üçün yaxşı imkanlar yaradır və məsələyə həssas yanaşmaq lazımdır. O, toplantıda bu həssaslığı nəzərə alan fikirlərin səslənəcəyinə ümidvar olduğunu vurğulayıb.

“Borçalı” İctimai Birliyinin sədri, jurnalist, şair-publisist Dəyanət Osmanlı çıxışında Gürcüstanın Azərbaycan dilli mətbuatı ilə bağlı şəxslərin bir araya gəlməsinin vacibliyini vurğulayan cəhətlərə diqqət çəkib. “Borçalı” İctimai Birliyinin sədr müavini, “Əqli mülkiyyət” jurnalının ədəbi redaktoru Şərif Kərimli isə deyib ki, milli mətbuatımızın 150 illik yubileyi və bununla bağlı Prezident Sərəncamı yubiley toplantılarının birinin Gürcüstanda təşkili zərurətini doğurur. Ş.Kərimli çıxışında, həmçinin, qonşu ölkədə Azərbaycan dilli mətbuatın yaranması və inkişaf yoluna dair fikirlərini də bölüşüb.

Toplantıda çıxış edənlərdən filologiya üzrə fəlsəfə doktoru Razi Məmmədli və başqaları Azərbaycan ədəbi və mətbu irsinin formalaşmasında Tiflis mühitinin önəmindən söz açıb, qlobal transformasiya dövründə Gürcüstandakı Azərbaycan dilli media orqanlarının üzləşdikləri çətinlikləri sadalayıb, bir sıra maraqlı tendensiyalara diqqət çəkiblər.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri