Gürcüstanın Azərbaycandilli Müəllimlərinin II Qurultayı keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 10 iyun, AZƏRTAC
İyunun 28-də Tbilisidə Gürcüstandakı Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçiriləcək.
Bu barədə AZƏRTAC-a qurultayın əsas təşkilatçısı olan “Maarif” təşkilatının direktoru Aygül İsayeva məlumat verib. Onun sözlərinə görə, qurultayda 300-dən çox müəllimin iştirakı nəzərdə tutulub.
Bundan başqa, tədbirə Gürcüstanın ombudsmanı, parlamentin təhsil və elm komitəsinin üzvü olan deputatları, Təhsil və Elm Nazirliyinin, habelə bəzi ölkələrin səfirliklərinin nümayəndələri dəvət olunublar.
A.İsayeva deyib ki, qurultayın məqsədi dövlət qurumlarının diqqətinə azərbaycandilli məktəblərdə yaşanan problemləri və onların həlli yollarını çatdırmaq, fikir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir.
Panel müzakirələrdə kadr çatışmazlığı, ana dili, dövlət dili, ikidilli (bilinqual) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki problemlər, infrastruktur məsələləri və s. mövzular ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı 2023-cü ilin iyunun 23-də keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 10 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















