Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın Marneuli rayonunun meri Daur İsmayılov bu gündən vəzifəsinin icrasına başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, onu meriyanın kollektivinə Kvemo Kartli qubernatoru İlya Calağaniya təqdim edib.
Qubernator yeni merə fəaliyyətində uğurlar arzulayıb və dövlət qurumları arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğulayıb.
Daur İsmayılov göstərilən etimada görə hakim komandaya və seçicilərə minnətdarlığını bildirib. O qeyd edib ki, növbəti dörd il üçün əsas məqsəd Marneulinin hərtərəfli inkişafına nail olmaqdır.
Qeyd edək ki, Daur İsmayılov oktyabrın 4-də baş tutmuş bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq səs çoxluğu ilə Marneuli meri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















