Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

“Gürcüstanın “Gürcü arzusu“: Moskvanın kölgəsi, Qafqazın seçimi“ “Эхо Кавказа“

“Gürcüstanın “Gürcü arzusu“: Moskvanın kölgəsi, Qafqazın seçimi“ “Эхо Кавказа“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Gürcüstan ya Belarus kimi tam Kremlin nəzarətinə düşəcək, ya da yalnız Qafqazda məhdud manevr imkanları olan "bufer dövlət" kimi qalacaq..."

Teya Tsulukianinin rəhbərlik etdiyi parlament komissiyasının hesabatı Gürcüstanın Avropa İttifaqına yaxınlaşması prosesinə ciddi zərbə vurdu. Sənəd 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin məsuliyyətini yenidən şərh edərək Kremlin maraqlarını gücləndirir. 

Moderator.az xəbər verir ki, bu barədə "ekhokavkaza.com" nəşri yazıb.

Tarix və siyasətin manipulyasiyası

Ekspertlər hesab edir ki, bu, Gürcüstanın Avropa yolunu formal olaraq açıq saxlayıb, reallıqda isə onu Moskvanın orbitinə sürükləmək üçün siyasi alətdir. Komissiyanın fəaliyyətini dəyərləndirən analitiklər onun ikili məqsədini vurğulayır. Bir tərəfdən, müharibənin tarixini Kreml üçün "yenidən yazmaq" cəhdi var. Digər tərəfdən, bu struktur müxalifəti susdurmaq və siyasi opponentlərə qarşı hüquqi təzyiq mexanizmi yaratmaq vasitəsinə çevrilib.

Avtoritarizm yeni mərhələyə keçir

Tbilisi Dövlət Universitetinin professoru Laşa Dzebisaşvili qeyd edir ki, "Gürcü Arzusu" indiyədək "yarımçıq avtoritarizm"lə kifayətlənib. Lakin indi daha sərt idarəçilik modelinə keçid müşahidə olunur. Onun sözlərinə görə, hakimiyyət artıq sadəcə müxalifəti zəiflətməklə kifayətlənmir, sovet tipli nəzarət modelinə qayıdır. Bu isə Moskvanın diktə etdiyi kursdur - həm tarix üzərində nəzarət, həm də cəmiyyət üzərində tam siyasi dominantlıq.

Rus modelinin köçürülməsi

Siyasi analitik Revaz Tavadze isə vurğulayır ki, "Gürcü Arzusu"nun idarəetmə üsulları Rusiya ssenarisinə bənzəyir. Güc strukturlarının hakimiyyətdə həlledici rol alması, korrupsiya və biznes maraqlarının siyasətlə iç-içə keçməsi, müstəqil medianın sistemli şəkildə susdurulması bunun göstəriciləridir. Onun fikrincə, Gürcüstanda birbaşa Moskva modelinin mini-versiyası tətbiq olunur.

Avropa ilə Moskva arasında seçim

Ekspert Yelene Qoqiaşvili hesab edir ki, "Gürcü Arzusu" ikili oyun oynayır. Onlar Avropaya inteqrasiyadan imtina etdiklərini heç vaxt açıq deməyəcəklər. Amma faktiki olaraq Gürcüstanı "yeni dəmir pərdə"nin Rusiya tərəfinə çəkirlər. Ən yaxşı halda ölkəyə yalnız "bufer zona" statusu verilə bilər.

Cəmiyyətin dilemması: nəsillərin mübarizəsi

Ən böyük problem postsovet mentalitetinin güclü qalmasıdır. Sosial psixoloq Mariam Çxeidzenin fikrincə, "kopeyka və xruşşovka ilə kifayətlənən nəsil" hələ də siyasətdən uzaq dayanmağa üstünlük verir. Yeni nəsil isə Avropaya inteqrasiya, azad bazar və demokratiya tələb edir. Onun qənaətinə görə, bu nəsil mübarizəsi Gürcüstanın taleyini müəyyən edəcək: ya sovet mirası qırılacaq, ya da ölkə tamamilə Rusiya orbitinə düşəcək.

Gürcüstan indi mühüm seçim qarşısındadır. "Gürcü Arzusu"nun siyasi kursu ölkəni Avropa Birliyinə yaxınlaşdırmaq əvəzinə, Moskvanın təsirinə tabe edir. Ekspertlərin fikrincə, Tbilisi ya Belarus kimi tam Kremlin nəzarətinə düşəcək, ya da yalnız Qafqazda məhdud manevr imkanları olan "bufer dövlət" kimi qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri