Gürcüstanın işğal olunmuş rayonlarında da daxili Rusiya pasportları veriləcək
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidenti Vladimir Putin 2028-ci ilin avqust ayına qədər Gürcüstanın işğal olunmuş ərazilərində - Sxinvali bölgəsində və Abxaziyada daxili rus pasportlarının alınmasına icazə verib. Oxuməni.az xəbər verir ki, bu barədə “Sovanews.tv” məlumat yayıb.
Bu hüquq Putinin may fərmanı ilə sadələşdirilmiş qaydada ilk dəfə Rusiya vətəndaşlığını alacaq şəxslərə şamil edilmir.
Artıq imzalanmış fərmanda bildirilir ki, Gürcüstanın işğal olunmuş ərazilərinin əvvəllər Rusiya vətəndaşlığını almış sakinləri Rusiya pasportunun verilməsi və ya dəyişdirilməsi üçün Abxaziya və Sxinval reqionu də daxil olmaqla, müraciət edə bilərlər.
Rusiya pasportlarının verilməsi və dəyişdirilməsi qaydası Rusiya hökuməti tərəfindən müəyyən ediləcək.
Fərman iyulun 17-dən qüvvəyə minib və 2028-ci il avqustun 1-dək qüvvədə olacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















