Icma.az
close
up
RU
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 7 noyabr, AZƏRTAC

Gürcüstanın nüfüzlu “Sakartvelos Respublika” qəzetində “2025-ci ilin 8 Noyabr tarixində Azərbaycan Qarabağda tarixi Qələbənin beşinci ildönümünü - Zəfər Gününü qeyd edir” rubrikası altında “Qarabağ müharibəsinin məntiqi nəticəsi” sərlöhvəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova və professor, tarixçi alim Quram Marxuliyadır. Məqalədə deyilir ki, Azərbaycan xalqı bu günü 28 il dogma, əziz Şuşamızın düşmən tapdağından azad ediləcəyi günü görmək arzusu ilə yaşayıb. Nəhayət, həmin böyük gün yetişdi. Xalq öz Liderinin dilindən bu tarixi müjdəni eşitdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Vurğulanır ki, Azərbaycan tarixində heç vaxt heç bir Liderin xalqa müraciəti bu qədər əzəmətli, qürurlu, vüqarlı səslənməyib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edib.

Qeyd edilir ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Azərbaycan ərazilərində genişmiqyaslı dağıntılar törədilib. 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və sağlamlıq imkanları məhdudlaşıb. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olan bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib, fundamental insan hüquqlarından məhrum edilib.

İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talanıb, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, ümumi sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb, 4366 sosial-mədəni obyekt, həmçinin 695 tibb ocağı məhv edilib. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb.

Hərbi təcavüz zamanı işğal edilmiş Azərbaycan ərazilərində yüzlərlə kitabxana, tarix və mədəniyyət abidəsi, onlarla muzey, dövlət teatrı və konsert müəssisələri dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat Ermənistana daşınıb. Qarabağda və Şərqi Zəngəzurda mövcud olan onlarla məscid dağıdılıb, ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib, qəbiristanlıqlar yerlə-yeksan olunub.

Bunlardan başqa, meşələr və təbii ehtiyatlar talan edilib, qiymətli ağaclar kəsilib və qanunsuz şəkildə satılıb. Artıq dörd ildir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılıb.

Məqalə Yaşasın Ali Baş Komandan! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

şüarları ilə bitir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri