Icma.az
close
up
RU
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “2025-ci ilin 8 Noyabr tarixində Azərbaycan Qarabağda tarixi Qələbənin beşinci ildönümünü - Zəfər Gününü qeyd edir” rubrikası altında “Qarabağ müharibəsinin məntiqi nəticəsi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC-ın verdiyi məlumata görə , məqalənin müəllifləri Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova və professor, tarixçi- alim Quram Marxuliyadır. Məqalədə deyilir ki, Azərbaycan xalqı bu günü 28 il doğma, əziz Şuşamızın düşmən tapdağından azad ediləcəyi günü görmək arzusu ilə yaşayıb. Nəhayət, həmin böyük gün yetişdi. Xalq öz Liderinin dilindən bu tarixi müjdəni eşitdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Vurğulanır ki, Azərbaycan tarixində heç vaxt heç bir Liderin xalqa müraciəti bu qədər əzəmətli, qürurlu, vüqarlı səslənməyib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edib. Qeyd edilir ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Azərbaycan ərazilərində genişmiqyaslı dağıntılar törədilib. 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və sağlamlıq imkanları məhdudlaşıb. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olan bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib, fundamental insan hüquqlarından məhrum edilib. İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talanıb, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, ümumi sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılıb, 4366 sosial-mədəni obyekt, həmçinin 695 tibb ocağı məhv edilib. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb. Hərbi təcavüz zamanı işğal edilmiş Azərbaycan ərazilərində yüzlərlə kitabxana, tarix və mədəniyyət abidəsi, onlarla muzey, dövlət teatrı və konsert müəssisələri dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat Ermənistana daşınıb. Qarabağda və Şərqi Zəngəzurda mövcud olan onlarla məscid dağıdılıb, ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib, qəbiristanlıqlar yerlə-yeksan olunub. Bunlardan başqa, meşələr və təbii ehtiyatlar talan edilib, qiymətli ağaclar kəsilib və qanunsuz şəkildə satılıb. Artıq dörd ildir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılıb. Məqalə Yaşasın Ali Baş Komandan! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! şüarları ilə bitir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see262

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see150

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri