Icma.az
close
up
RU
Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ifa olundu VİDEO

Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı ifa olundu VİDEO

Icma.az bildirir, Bakupost portalına istinadən.


Gürcüstanın İctimai Yayımçısı olan Birinci kanalın “Ranina” uşaq müsabiqəsində Azərbaycan mahnısı təqdim olunub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, layihənin ikinci turunda ilk çıxış edən Tbilisidən olan iştirakçı 12 yaşlı Qabriel Bodaveli musiqisi Tofiq Quliyevə, sözləri Zeynal Cabbarzadəyə aid və Şövkət Ələkbrovanın repertuarından olan “Tez gəl” (Yar gəlir görüşə) mahnısını ifa edib.

Mahnıda muğam parçasına da yer verilib, ifaçını səhnədə Aşıq Nargilə Mehtiyeva sazda müşayiət edib. Azərbaycan dilində ifanın düzgün təqdim olunması üçün məşqlərdə N.Mehtiyeva ilə yanaşı Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva da yaxından iştirak edib.

Q.Bodavelinin Azərbaycan dilində ifasını münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Jüri üzvləri onun ifasını bütün göstəricilər üzrə 9 və 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, VIII mövsümdür təşkil olunan “Ranina” müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin tanınmış mahnılarını ifa edirlər.

Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək. Müsabiqə dekabrın 13-də Tbilisidə keçiriləcək.

Xatırladaq ki, “Ranina”nın əvvəlki mövsümlərində də Azərbaycan mahnıları təqdim olunub. Müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını, VI mövsümündə isə Anastasiya Vasadze “Laçın” xalq mahnımızı ifa edib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Sentyabr 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri