Gürcüstanın XİN başçısı: NATO ya üzvlükdən imtina etmirik
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
“Gürcüstan NATO-ya üzvlük niyyətindən imtina etmir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu niyyət Rusiyanın neqativ mövqeyi və alyansın şərqə doğru genişlənməsindən mümkün imtinanın müzakirəsinə baxmayaraq, dəyişməz olaraq qalır.
“Gürcüstan alyansın üzvü olmağı arzulayır və artıq xeyli müddətdir təhlükəsizlik çətirini orada görür. Məhz buna görə biz bu məsələni konstitusiyada təsbit etmişik”, - M.Boçorişvili söyləyib.
XİN başçısı qeyd edib ki, bu məqsədin reallaşması yalnız Tbilisidən deyil, NATO-ya üzv ölkələrin siyasi iradəsindən də asılıdır:
“NATO-ya yalnız öz iradəmizlə daxil ola bilsəydik, alyansa 2008-ci ildə, bəlkə də daha tez üzv olardıq”.
Qeyd edək ki, 2008-ci ildə NATO-nun Buxarest sammitindən sonra Gürcüstan və Ukrayna gələcək üzvlük haqqında siyasi vəd alsalar da, alyansa daxil olmaqla bağlı konkret müddət və fəaliyyət planı hələ də təqdim edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















