Poroşenko: Ukrayna NATO ya üzvlükdən imtina etməyəcək
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək, çünki bu, Rusiya ilə hərbi münaqişəyə son qoymağın ən təsirli yoludur. Bunu Amerikanın MSNBC telekanalına müsahibəsində Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
"Biz Ukraynanın NATO formatında iştirakı ideyasından əl çəkməməliyik", - Poroşenko qeyd edib.
Eyni zamanda o əlavə edib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada danışıqlar, həmçinin Trampın Vaşinqtonda Ukrayna lideri Vladimir Zelenski ilə sammiti Kiyevə güclü ümid verir.
Bundan əvvəl Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, Zelenski Krıma dair iddialarından, eləcə də Ukraynanın NATO-ya qoşulması ideyasından imtina edərsə, Rusiya ilə münaqişəni “demək olar ki, dərhal” dayandıra bilər.
Tramp xatırladıb ki, prezident Vladimir Putindən xeyli əvvəl Rusiya Ukraynanın NATO-ya üzv olmasına heç vaxt icazə verməyəcəyi barədə bəyanat vermişdi.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Avqust 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















