Icma.az
close
up
RU
Güvən azaldıqca münasibətlər zəifləyir PSİXOLOQ İZAH ETDİ

Güvən azaldıqca münasibətlər zəifləyir PSİXOLOQ İZAH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son zamanlarda insanlar arasında güvənsizlik hissi artıb. İnsanlar öz problemlərini başqalarına danışmaq istəklərini itiriblər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, çox vaxt problemlərini paylaşan şəxslərə “tam formalaşmamış”, “natamam” və ya “böyüməmiş” insan kimi baxılır: "Hər kəs güclü görünmək, cəmiyyətdə daha üstün mövqedə olmaq istəyir. Buna görə də insanlar psixoloji problemlərini başqaları ilə, hətta bəzən psixoloqları ilə belə bölüşməkdən çəkinirlər.

16 illik təcrübəmə əsasən müşahidə etmişəm ki, əslində daxildən zəif və özünə güvəni az olan insanlar psixoloqa müraciət etməyə çətinlik çəkirlər. Onlar düşünürlər ki, psixoloq onları mühakimə edəcək və ya qiymətləndirəcək. Lakin etibar qurulduqdan sonra bu insanlar açılır və daha rahat danışa bilirlər. Son illərdə psixoloqa etibar edən insanların sayının artması da bunu təsdiqləyir. Əlbəttə, psixoloq da sirləri qorumağı bacarmalı və insanlarda güvən hissi yaratmalıdır. Təəssüf ki, bəzən dostlarımız belə yanılır və bizə etibarən paylaşdığımız sirlərdən istifadə edərək bizi çətin vəziyyətə sala bilirlər. Hətta ən yaxın insanlar belə bəzən psixoloji zəifliklərimizi bizə qarşı təzyiq vasitəsinə çevirə bilirlər. Məhz buna görə də son dövrlərdə insanlar arasında güvən problemi daha çox hiss olunur. İnsanlar bir-birinə, hətta bəzən peşəkar dəstək göstərə biləcək şəxslərə belə tam etibar edə bilmirlər. Bu isə cəmiyyətdə emosional uzaqlaşmaya və insan münasibətlərində soyuqluğa səbəb olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri