Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Güvən və etimad mühiti güclənir

Güvən və etimad mühiti güclənir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Siyasi liderlərin işğaldan azad edilmiş torpaqlara səkkizinci birgə səfəri açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür


İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;


 Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. 

Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir. Son illər ərzində Ağdam, Şuşa (2 dəfə), Zəngilan (2 dəfə), Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla təşkil olunmuş bu cür səfərlər artıq müsbət demokratik ənənəyə çevrilmiş, onların reallaşdırılması isə cəmiyyətdə həmrəylik mühitinin qorunmasına, habelə xalqın intellektual potensialının səfərbər edilməsinə xidmət edir. Təsadüfi deyil ki, ölkənin siyasi ritorikasında ən çox rast gəlinən “siyasi dialoq” məfhumu, eyni zamanda, Azərbaycanın siyasi gündəliyinə də daxil olub. Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti səkkizinci birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq edilən siyasi dialoq mühiti çərçivəsində Azərbaycanda son beş il ərzində siyasi partiyaların iştirakı ilə mütəmadi olaraq müxtəlif səpkili layihələr icra edilir. Bütün təşəbbüslərin strateji hədəfi milli həmrəyliyin qorunması, habelə dövlət və cəmiyyətin inkişafı naminə vətənpərvər qüvvələrin səfərbər olunmasıdır. Siyasi proseslərdə açıq və etibarlı münasibətlərin yaşanması bilavasitə dövlətimizin başçısının məsələ ilə bağlı ali siyasi iradəsinin nümayişinin nəticəsidir. Prezident İlham Əliyev siyasətdə sağlam münasibətlərin bərqərar edilməsini və konstruktiv əməkdaşlığın vacibliyini çıxış və müsahibələrində hər zaman prinsipial olaraq vurğulayır. İşgüzar və fəal fikir mübadiləsi şəraitində keçirilmiş səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağdamda siyasilərin qarşısında çıxış edərək demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib. Sağlam və etibarlı əməkdaşlıq mühitinin siyasi sabitliyin, dayanıqlı inkişafın əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, mövcud istiqamətdə əldə edilmiş bütün uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə dayanıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin müasir Azərbaycan tarixinin ən qürurlu səhifəsi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bütün uğurların qorunmasında həmrəylik mühitinin müstəsna rolu var. Siyasi sabitlik, xalqın əzmkarlığı, cəmiyyətimizdə yaşanan milli həmrəylik mühiti və dönməz ali siyasi iradə Azərbaycanın inkişafının və beynəlxalq müstəvidə nüfuzunun artırılmasının əsaslarıdır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri və qəzet redaktorlarının iştirak etdiyi Ağdam səfərinin proqramı kifayət qədər zəngin olub. 


Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə "Şərq"ə deyib ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq işğaldan azad olunmuş bölgələrə 8 səfər reallaşıb. Onun sözlərinə görə, bütün səfərlər çox əhəmiyyətlidir: "Səfərlərin hər birinin xüsusi əhəmiyyəti var və yaddaqalan olub. Səfərlər çərçivəsində siyasi partiyaların arasındakı əlaqələr inkişaf edir. Prezident Administrasiyasının səfərlərinin təşkilində çox böyük rolu var. Biz hər dəfə bu səfərlər çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə, onun əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Bütün bu səfərlərə Ədalət Vəliyev özü şəxsən rəhbərlik edir və hər detala xüsusi diqqət yetirir. Səfərlərin hər biri çox maraqlı keçir. Biz bu səfərlər zamanı Qarabağda aparılan quruculuq işlərinə yerindəcə şahidlik keçirik. Öz dədə-baba yurdlarına köçən vətəndaşlarımızın gözlərindəki o fərəh hissini görürük. Bundan başqa, belə birgə səfərlərin təşkil olunması siyasi partiyalarla hakimiyyət arasında birbaşa dialoqun yaranmasına da gətirib çıxarır. Eyni zamanda, partiya sədrləri və üzvləri arasındakı əlaqələr də inkişaf edir. Yəni hər cəhətdən belə səfərlərin təşkili olduqca mühüm addımdır. Bu səfərlər həm də siyasi dialoq mühitinin formalaşmasına töhfə verir. Siyasi partiyalar arasında münasibətlərin daha da istiləşməsinə səbəb olur, habelə siyasi dialoq mühitinin daha da inkişaf etməsinə gətirib çıxarır. Hesab edirəm ki, bu səfərlər yeni münasibətlər sistemi ilə bağlı cənab Prezident İlham Əliyevin siyasətinin davamı kimi də qəbul edilməlidir. Bu, həm də ölkədə siyasi partiyalar arasında, xüsusilə hakimiyyətlə müxalif siyasi partiyalar arasında münasibətlərin sivil və dövlətçilik ənənələrinə uyğun formalaşması deməkdir. Bu da birmənalı olaraq təqdir olunmalıdır". 


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov də bildirib ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanının yaradılması siyasi qüvvələrin rəhbərləri üçün çox önəmlidir: 

"Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə təşkil olunan bu cür ardıcıl səfərlər ərazi bütövlüyünü bərpa etmiş qalib ölkəmizdə siyasi və ictimai vəhdəti daha da möhkəmləndirir, milli birlik və həmrəyliyimizə töhfə verir. Səfər əsnasında Ağdamda siyasilərin qarşısında çıxış edən Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə siyasi dialoq mühitinin təşviq olunduğunu bildirdi. İşğaldan azad edilmiş ərazilərə təşkil olunan birgə səfərlər də iqtidar-müxalifət dialoqunun mühüm tərkib hissəsidir. Partiya sədrlərinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə növbəti (səkkizinci) birgə səfəri də məhz ölkədə mövcud açıq iqtidar-müxalifət dialoqunun bilavasitə təzahürüdür. Belə səfərlərin sayəsində formalaşan və inkişaf edən dialoq mühiti, həmrəylik atmosferi siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyul 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri