Güzgüyə baxmadan zolağını dəyişən sürücü az qala zəncirvari qəza törədəcəkdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Atatürk prospektində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 22-də səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 90-HV-171 dövlət nömrə nişanlı “Subaru” markalı avtomobilin sürücüsü hərəkət etdiyi zolaqdan qəfil sağa manevr edib. Bu zaman o, həmin zolaqdakı avtomobilə qəza riski yaradıb. Görüntünü qeydə alan sürücü dəfələrlə siqnal versə də, qayda pozan şəxs hərəkətinə davam edib. Ardınca təhlükə ilə üzləşən sürücü ona yaxınlaşaraq “Güzgüyə bax” deyə iradını bildirib.
Qeyd edək ki zolaq dəyişmək istəyən sürücülər əvvəlcə arxa və yan güzgülərlə hərəkət istiqamətini yoxlamalı, siqnal verərək manevr etməlidirlər. Qaydalara əməl etməmək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















