Haalandın "Barselona" arzusu
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerasını “Barselona”da davam etdirmək variantını nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı norveçli futbolçu kataloniyalıların hücum xəttində Lamin Yamal ilə birlikdə çıxış etmək istəyir. Bildirilir ki, Haaland “Mançester Siti”dəki dövrünün başa çatmaq üzrə olduğunu düşünür və mövsümün sonunda komandadan ayrıla bilər.
Haalandın qərarına təsir edə biləcək digər amil “Mançester Siti”nin maliyyə qaydalarının mümkün pozuntuları ilə bağlı araşdırma çərçivəsində sanksiyalarla üzləşməsi ehtimalıdır.
Nəşrin iddiasına əsasən, Haalandın nümayəndələri mümkün transferi “Barselona”nın prezidenti Xoan Laporta ilə müzakirə etməyə hazırdırlar. Bununla belə, tərəflər arasında aparılan danışıqlar hələlik konkret razılaşma ilə nəticələnməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Oktyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















