Haber Global : 27 Sentyabr türk dünyasının qürur günüdür
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
27 Sentyabr türk dünyasının qürur günüdür. Qarabağın və ətraf rayonların azad edilməsi ilə başa çatan Vətən müharibəsinin başlanmasından 5 il ötür.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Anım Günü çərçivəsində Ankarada xüsusi mərasim keçirilib.
Bildirilib ki, beş il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhə xəttində hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başlayıb. Müharibə 44 gün davam edib. Azərbaycan 2 908 şəhid verib.
Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi mərasim emosional anlarla zəngin olub. Tədbirdə Türkiyə-Azərbaycan Dostluq Fondunun İdarə Heyətinin sədri Aygün Attar çıxış edib. O, bildirib ki, şəhidlərin xatirəsini əbədi olaraq yad etmək hamının insani borcudur.
Anım proqramı İkinci Qarabağ müharibəsini əks etdirən fotosərgiyə baxışla yekunlaşıb.
Daha ətraflı süjetdə:
"Haber Global": 27 Sentyabr türk dünyasının qürur günüdür
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Sentyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















