Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

27 Sentyabr azadlıq və qürur günümüzdür

27 Sentyabr azadlıq və qürur günümüzdür

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UNEC-də Anım Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 Sentyabr - Anım Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbir iştirakçıları öncə UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinə ucaldımış abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Rəsmi açılış Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirin aparıcısı, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək 27 Sentyabrın dövlətimizin, millətimizin azadlıq və qürur günü olduğunu deyib: “Bu gün biz şəhidlərimizi yad edirik – onların hər biri bizim milli kimliyimizin, azadlığımızın və gələcəyimizin daşıyıcısıdır. Şəhidlərimiz yalnız canlarını fəda etmədilər, onlar bizə kim olduğumuzu xatırlatdılar. Onlar göstərdilər ki, Vətən uğrunda qurban vermək həm də əbədi bir iz qoymaqdır”. N.Mehdixanlı ölkəmizin azadlığı və ərazi bütövlüyü yolunda UNEC-in 48 tələbə və məzununun şəhidlik zirvəsinə yüksəldiyini, yüzlərlə gəncin isə qazi və Vətən müharibəsi iştirakçısı olduğunu deyib.

Tədbirdə “UNEC Şəhidləri” adlı videoçarx nümayiş olunub.

UNEC-in rektoru professor Ədalət Muradov çıxış edərək Anım Gününün şəhidlərin xatirəsini yad etməklə yanaşı, onların qəhrəmanlıqlarına şahidlik günü olduğunu söyləyib: “Şəhidlər Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdilər. Onlar sübut etdilər ki, Azərbaycan dövləti istənilən problemi həll edə bilər. Bu an həm də onu göstərir ki, Azərbaycan anaları belə qəhrəman övladlar böyüdüblər. Biz onlarla qürur duyuruq. Şəhid övladlarımız bizim xalqımızın, dövlətimizin, universitetimizin qürur mənbəyidirlər. Azərbaycan var olduqca şəhidlərimiz daim zirvədə anılacaq. Biz universitet olaraq onların şəhid olduğu torpağın dirçəldilməsi, inkişaf etdirilməsi və çiçəklənməsi üçün daha güclü çalışmalıyıq. Bizim silahımız artıq elm, təhsil və texnologiyadır. Mən əminəm ki, Azərbaycan daha böyük zirvələri fəth edəcək.” – deyə rektor bildirib.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Zaur Cavanşir çıxış edib. O bildirib ki, xalqımız İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşərək öz yenilməzliyini bütün dünyaya sübut etdi: “Qələbəmiz yalnız hərbi uğur deyil, həm də dövlətimizin gücünün və xalqımızın iradəsinin göstəricisidir. Hər bir şəhid və qazimiz bu qüdrətin daşıyıcısıdır və onların qəhrəmanlığını daim xatırlamalıyıq. Şəhidlərimizin fədakarlığı gənclər üçün örnəkdir. Bizim vəzifəmiz onların yolunu davam etdirərək ölkəmizi daha güclü və inkişaf etmiş şəkildə qorumaqdır.”

Vətən müharibəsində şəhid olmuş UNEC tələbəsi Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva tədbirdə çıxış edərək oğlunun vətəninə, xalqına olan sevgisindən danışıb. Onun Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra bir sıra orden və medallarla təltif olduğunu bildirib.

UNEC-in tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Mail Əsgərov isə çıxışında Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb. O, “Dəmir yumruğ”un zərrəsi olmaqdan qürur duyduğunu bildirib.

Tədbir UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib. Tələbələrin səsləndirdikləri şeirlər, ifalar və “Əsgər məktubu” adlı səhnəcik iştirakçılara duyğulu və qürur dolu anlar yaşadıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri