Haber Global: Bakıda iqlim hədəflərinin qarşısındakı maneələr müzakirə olunur Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Haber Global telekanalı Bakıda keçirilən COP29 iqlim konfransının işini yaxından işıqlandırmaqda davam edir.
Telekanalın bugünkü reportajlarında COP29 Liderlər Sammiti və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışına böyük yer verilib.
Dövlət başçısının öz nitqində dünyaya çatdırdığı mesajları vurğulayan türkiyəli jurnalistlər qlobal iqlim gündəliyinin müəyyənləşdirilməsində Azərbaycan və onun liderinin mühüm rolunu qeyd ediblər.
Bildirilib ki, hazırda Bakıda qlobal iqlim hədəflərinin qarşısında dayanan maneələr və onların aradan qaldırılması yolları müzakirə olunur.
Vurğulanıb ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə bağlı digər aktual məsələlərə də diqqət yetirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















