Icma.az
close
up
RU
“Haber Global”: Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib

“Haber Global”: Paşinyan Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəblənib.

“Report”un məlumatına görə, bu fikirlər türkiyəli araşdırmaçı-jurnalist Emre Öztürkün “Haber Global” platformasında Ermənistan rəhbərliyinin son dövrlərdəki diplomatik məğlubiyyətləri barəsində yazdığı geniş araşdırma məqaləsində yer alıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Suriyadakı Əsəd rejiminə dəstəyini və son aylarda baş verən nəticələrdən sonrakı məğlubiyyəti məsələsinə toxunub.

“Avropa İttifaqına yaxınlığı ilə tanınan “EU Reporter” nəşri Ermənistanın uzun illər Suriyada Bəşər Əsədi dəstəklədiyini, lakin rejimin devrilməsi ilə diplomatik çərçivədə Türkiyəyə uduzan ölkəyə çevrildiyini yazıb. Təhlildə həmçinin qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Əsədi dəstəkləməsi onun avropapərəst və qərbyönlü ritorikasına ziddir”, - o yazıb.

Emre Öztürkün sözlərinə görə, Azərbaycan və Türkiyənin birliyi qarşısında parçalanma həddinə çatan Ermənistan çətin günlər yaşayır:

“Adıçəkilən təhlil məqaləsində Nikol Paşinyanın 2020-ci ildə baş verən həlledici diplomatik və hərbi əməliyyatlarla başa çatan İkinci Qarabağ müharibəsində Rusiyadan dəstək ala bilmədiyi üçün qəzəbləndiyi bildirilib”.

Məqalədə 2023-cü ilin dekabrında keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında İrəvanın Moskva ilə bütün əlaqələri kəsmək qərarına gəlməsinə də toxunulub.

“Ermənistan rəhbərliyi Ticarətdə Avropa Birliyi ölkələrinə, hərbi idxal sektorunda isə Yunanıstan, Hindistan və Fransa kimi ölkələrə üz tutub. Bu müddət ərzində Ermənistan Rusiyanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirak etməyib. Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi və Ukraynaya siyasi dəstək verməsi ilə bağlı Moskvada da gərginlik artıb”.

Araşdırmaçı-jurnalist ABŞ və Aİ-nin rəsmi hesabatlarına istinad edərək Ermənistan-İran münasibətlərinə də diqqət çəkib.

“Ermənistan Qərbin Tehrana qarşı qoyduğu embarqoları həyata keçirmir. İrəvanın Tehranı dəstəkləyən sözlərinin ABŞ-da da ciddi reaksiya ilə qarşılandığını deyən Aİ rəsmiləri Ermənistanın “ikili diplomatiyası” səbəbindən Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərdiyi qənaətindədirlər”.

Türkiyəli jurnalist Brüsel mənbələrinə əsaslanaraq İrəvanın Avropaya tam inteqrasiyaya nail olmaq üçün beş mühüm addım atmalı olduğunu diqqətə çatdırıb.

“İrəvanın KTMT-dən rəsmən çıxacağı gözlənilsə də, onun Avrasiya İqtisadi İttifaqından çıxması və 2013-cü il Avropa İttifaqı Assosiasiyası Sazişini imzalaması da düşünülür. ABŞ və Aİ həmçinin İrəvandan embarqo qoyulmuş strateji malların Qərbdən Rusiyaya cəbhə şirkətləri vasitəsilə daşınmasına son qoymağı tələb edir. Paşinyanın Rusiyanın Ukraynaya təcavüzünü pisləməsi gözlənildiyi halda, həmçinin İranla strateji tərəfdaşlığa son qoyulması tələb olunur”, - məqalədə vurğulanıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri