Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Antalya, 19 noyabr, AZƏRTAC
Ankarada dahi Azərbaycan şairi və Türk dünyasının mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr edilən konsert proqramı təqdim olunub. Tədbir Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, Ankara Dövlət Konservatoriyasının Beytepe şəhərciyindəki Böyük Konsert salonunda keçirilən tədbirdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyası Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında təqdim olunub. Orkestrə professor, Ankara Dövlət Konservatoriyasının müdiri Burak Tüzün dirijorluq edib.
Tədbirdə çıxış edən professor Burak Tüzün Azərbaycan xalqının yetişdirdiyi və Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin bu il anadan olmasının 885 illiyinin qeyd edildiyini vurğulayıb. O, 1141-ci ildə Gəncə şəhərində dünyaya gələn dahi mütəfəkkirin yaradıcılığının yalnız Şərq ədəbiyyatına deyil, dünya mədəniyyəti və fikir tarixinə də əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Burak Tüzün Nizami Gəncəvinin əsərlərində insan sevgisi, ədalət, sülh, humanizm və mənəvi dəyərlərin mühüm yer tutduğunu bildirərək, şairin əsərlərinin dünya ədəbiyyatının ölməz inciləri olduğunu qeyd edib.
Daha sonra Hacettepe Universitetinin Simfonik Orkestrinin ifasında “Nizami” simfoniyası səsləndirilib. Milli musiqi ənənələri ilə simfonik sənətin vəhdətini əks etdirən əsər dahi Azərbaycan şairinin poetik və fəlsəfi dünyasını musiqinin dili ilə canlandıraraq konsert proqramına xüsusi ovqat qatıb.
Qeyd edək ki, 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnmiş “Nizami” simfoniyası Fikrət Əmirovun görkəmli əsərlərindən biri olmaqla Azərbaycan professional musiqi sənətinin dəyərli nümunələrindəndir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















