Hacı Əliyev: İnsan yenidən güləş xalçasına çıxmaq istəyir
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan çempionatında medal qazanan yunan-Roma güləşçilərini təbrik edirəm. Sərbəst növdə mübarizə aparacaq idmançılara isə uğurlar arzulayıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev deyib.
Veteran güləşçi ölkə çempionatının onda nostalji hisslər oyatdığını bildirib: “İlk dəfə Azərbaycan çempionatında iştirak etməyim yadıma düşür. 2010-cu ildə böyüklər arasında təşkil olunan yarışda birinci olmuşdum. Bundan sonrakı illərdə də titula yiyələnmişdim. İnsan yenidən xalça üzərinə çıxmaq istəyir. İndi biz öz yerimizi gənclərə vermişik. Onlara uğurlar qazanmaq üçün dəstək olmaq istəyirik”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 09 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















