Hacıbəy Heydərli: “Dezinformasiya təkcə media problemi deyil, dövlətlərin təhlükəsizlik məsələsidir
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
"Dezinformasiya artıq media problemi deyil, təhlükəsizlik problemidir. Dezinformasiya müasir dövrün səssiz silahıdır, informasiya müharibəsi alətidir. Dezinformasiya və "feyk nyus” - ictimai sabitlik və informasiya mühitinə böyük təhdid yaradır”.
Demokrat.az xəbər verir ki, bu sözləri İctimai Televiziyada yayımlanan "Xəbərimiz var” verilişində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O qeyd edib ki, süni intellektin inkişafı dezinformasiyanın daha rahat yayılmasına gətirib çıxarır:
"Dezinformasiya dövlətlərin daxili sabitliyini, ictimai etimadı, milli-mənəvi dəyərləri birbaşa hədəf alır. Süni intellektin inkişafı isə dezinformasiyanı daha təhlükəli edir.
Hacıbəy Heydərli dezinformasiyaya qarşı mexanizmlər haqda da danışıb:
"Dezinformasiyaya qarşı effektiv mübarizə üçün bir neçə əsas mexanizm vacibdir. İlk növbədə rəsmi qurumlar dezinformasiyaya operativ reaksiya verməli və cəmiyyəti düzgün məlumatla təmin edilməlidir ki, informasiya boşluğu yaranmasın.
Bununla yanaşı, güclü fakt-yoxlama mexanizmləri saxta məlumatların vaxtında ifşasına və ictimai etimadın qorunmasına xidmət edir.
Eyni zamanda dezinformasiyanın qarşısının alınmasında ən effektiv üsullardan olan media savadlılığının artırılması vətəndaşların dezinformasiyanı tanıma və tənqidi düşünmə bacarığını gücləndirir.
Bundan başqa sosial platformalarla real əməkdaşlıq dezinformasiyanın yayılma sürətinin azaldılmasına imkan verir. "Tiktok” ilə əməkdaşlıq yüksək səviyyədə olsa da, çox təəssüf ki, "Meta” ilə əlaqələr ürəkaçan deyil.
Peşəkar medianın qorunması və gücləndirilməsi isə cəmiyyətdə etibarlı informasiya mühitinin formalaşmasının və dezinformasiyanın qarşısının alınmasında əsas şərtdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Hacıbəy Heydərli: Media subyektləri sosial mediada aktivliyini artırmalıdır
29 Aprel 2025 17:43
“Çap mediası, ya onlayn media” seçimi düzgün deyil” Hacıbəy Heydərli
14 İyul 2025 17:19
“Ən böyük sülh tərəfdarı İlham Əliyevdir” Hacıbəy Heydərli
05 Avqust 2025 19:32
Hacıbəy Heydərli: Xəbər səhifələrinə qarşı təşkilatlanmış kiberdələduzluq var
22 Dekabr 2025 17:17
Bəzi hallarda dezinformasiyalar məqsədli şəkildə yayılır Hacıbəy Heydərli
21 Yanvar 2026 16:53
Baxış sayı:63
Bu xəbər 23 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları