Hacıqabulda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Bakı–Qazax magistral yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə nəticəsində Qazax rayonunun Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Aydın Qoca oğlu hadisə yerində həyatını itirib.
***
00:56
Hacıqabulda baş verən qəzada sürücü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Avtomobil daşıyan yük maşını idarəetməni itirərək mişar daşı daşıyan “KamAZ” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində avtomobil daşıyan yük maşınının sürücüsü hadisə yerində həyatını itirib. Sıxılmış vəziyyətdə qalan meyit FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Dekabr 2025 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















