Şəmkirdə qəzada ölən sürücünün kimliyi məlum olub YENİLƏNİB
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəmkirdə qəza nəticəsində ölən sürücünün kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, o, Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü R. İbrahimovdur.
***
02:36
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford Transit” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb.
Qəza zamanı “Ford” markalı yük avtomobili deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən deformasiyaya uğrayan avtomobildən bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 13 İyun 2026 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















