Icma.az
close
up
RU
Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran-İsrail/ABŞ böhranının qısa müddətdə həll olunma ehtimalı az görünür. Biz İranın sabitliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq, lakin İranla 765 kilometrlik sərhədimizin o biri tərəfində yaşayanlar dini, dili və etnik mənsubiyyətini bölüşdüyümüz qardaşlarımız və bacılarımızdır. Buna görə də vəziyyəti daha böyük həssaslıqla izləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev “Türkiyə” qəzetinə açıqlamasında deyib.

“İran böhranı ilə bağlı baxışlarımızı Türkiyənin üzərinə götürdüyü missiya əsasında müəyyən etmişik. Bizim 24 saat açıq məsləhətləşmə və dialoq xəttimiz var. İranda yaşayan bütün mülki şəxslər və türk əsilli insanlarla bağlı Ankaradan fərqli hərəkət etmirik”, - o qeyd edib.

Hikmət Hacıyev vurğulayıb ki, İsrail və Azərbaycan arasındakı münasibətlər Türkiyəyə zərər verəcək şəkildə inkişaf etməyəcək:

“Münasibətlərimizi pozmaq və bütün gücləri ilə bu mövzuda dezinformasiya yaymaq istəyən qruplar var. Biz Qəzzaya kömək edirik. Ramallahda nümayəndəliyimiz var. Fələstinə yönəlmiş digər sosial fəaliyyətlərimizi də davam etdiririk. Türkiyənin maraqlarına zidd olan heç bir layihədə iştirak etmərik.

Azərbaycanda İsrail bazalarının olması və Bakının İsrail üçün xilaskar xətti olması barədə qara təbliğat Türkiyə və Azərbaycanın düşmənləri tərəfindən uydurulan yalanlardır. Qoy gəlsinlər! Gəlin addım-addım gəzək, görək burada İsrailə aid nəsə varmı? Bu iddianı səsləndirənlərə istədikləri yeri incələmə haqqı verəcəyik.

Qəzzaya və Fələstin xalqının əzablarına biganə qala bilmərik və qalmırıq. İki dövlətli həll yolu Bakının oradakı qırmızı xəttidir. Hətta İsrail ilə Türkiyə arasında mümkün böhranlara qarşı önləyici missiya həyata keçiririk. Suriya administrasiyası ilə İsrail nümayəndə heyəti arasında Azərbaycandakı görüş də bu mənada vacib idi”.

Prezidentin köməkçisi bildirib ki, ilk növbədə, Türk dünyası olaraq, hava, quru və dəniz yolu ilə öz içimizdə güclü şəbəkələr qururuq:

“Türk Dövlətləri Təşkilatı (TDT) qlobal iqtisadi, ticarət və enerji mərkəzinə çevrilib. Bu, birliyimizi gücləndirmək və dövrümüzdə iz buraxmaq üçün böyük imkanlar yaradır. Zəngəzur dəhlizi ilə bağlı son mərhələdəyik. Bu yay hər şey aydın olacaq. Dəmir yolu, quru və dəniz nəqliyyatımız hər gün genişlənir.

Türk dünyasının bu ortaq enerjisinin mərkəzi, şübhəsiz ki, Türkiyədir. Bütün türk dövlətləri fiber optik şəbəkələrlə güclü şəkildə bağlıdır. Sistem inteqrasiyası əsasən tamamlanıb. Bütün türk milləti gələcəyə ümidli olsun. Biz böyük bir ailəyik.

Qarabağdakı işğalın izlərini silməyə çalışırıq. Hazırda ölkəmizin 13%-i erməni minaları ilə örtülüdür. Milyonlarla dollar xərcləmişik və görünür, bu mübarizə daha uzun illər davam edəcək.

1993-cü ildə Ermənistanın Qarabağı işğal etməsiylə ağır bədəl ödədik. Lakin biz deyirik ki, müharibə bitdi, indi sülh vaxtıdır və sülhün tələblərini yerinə yetirməyə çalışırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri