Hadisə qalmaqal yaşadığı bacısından danışıb ağladı Video
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyəli müğənni Hadisə qalmaqal yaşadığı bacısı Hülya Açıkgözdən danışıb.
Axşam.az xəbər verir ki, ifaçı "ABtalks"a müsahibəsində bacısından söz açaraq göz yaşlarına hakim ola bilməyib:
"Aramızda fikir ayrılığı yarandı, lakin bu barədə danışa bilmərəm. Çünki belə məsələləri ictimaiyyətlə müzakirə etməmək barədə razılaşmışıq. Artıq danışmasaq da, mən onu sevirəm.
Yaşadığım travmalarla bağlı mütəxəssis terapevtdən dəstək aldım. Həyatımın özümü inanılmaz dərəcədə tənha hiss etdiyim çox çətin bir dövrü idi. Ailəmizdə ciddi problemlər yaşayırdıq. Hətta anamla da əvvəlki kimi görüşmürdüm. Bu barədə indiyədək heç vaxt danışmamışdım.
Aramızdakı münasibətlər yaxşı olmasa da, mən hər zaman anamın yanında olacağam".
Qeyd edək ki, Hadisə bacısı Hülya Açıkgözlə maddi məsələlərə görə münasibətlərini kəsib. Müğənni bacısını öz işləri üzərindən haqsız qazanc əldə etməkdə ittiham edib. Dörd il sonra, 2022-ci ildə yenidən barışan bacılar münasibətlərini uzun müddət davam etdirə bilməyib və yenidən küsülü vəziyyətə düşüblər.
Baxış sayı:72
Bu xəbər 14 Oktyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















